Cəmiyyət (3-05-2019, 09:30)
Göygöldə baş verən dəhşətli qəzadan dərs alındımı?

Hadisə dəhşətli olsa da təəssüf ki, ağır qəzadan gərəkən dərs alınmayıb.
Bu gün də Daşkəsən-Gəncə-Göygöl yolunun Yeni Qızıllca kəndindən keçən hissəsində, məhz qəza baş verən ərazidə apardığımız müşahidələr onu deməyə əsas verir ki, potensial təhlükə qalmaqdadır. Düzdür, ərazidə yol nişanları var. Yaşayış massivi olduğu üçün yol nişanlarında sürət həddi də göstərilib. Lakin nə yol nişanlarına əməl edən sürcülər tapılır, nə də ki bu sürücülər barəsində lazımı ölçü götürənlər.
Kənd sakinləri bildirir ki, məlum hadisədən öncə də, bu yolda ağır qəzalar qeydə alınıb. Sakinlər tələb edirlər ki, yola sürət həddini müəyyənləşdirən radarlar qoyulsun.
Apardığımız müşahidələr də göstərdi ki, yolun Yeni Qızıllca kəndindən keçən hissəsində avtomobillər həqiqətən də yüksək sürətlə hərəkət edir. Təxminən 1 saatlıq müşahidələrimiz zamanı bu yolda dövlət yol polisinin əməkdaşlarına da rast gəlmədik.
Üstəlik yolun yaxınlığında məktəb var. Gün ərzində şagirdlər, müəllim və valideynlər bu yolu keçərkən təhlükə ilə qarşı-qarşıya qalırlar. Bu fakt da özlüyündə yaşana biləcək oxşar faciələrin xəbərçisidir. Hər halda 8 nəfərin ölümü ilə nəticələnən son hadisədə necə ağır nəticələrin yarandığını gördük. Ümid edirik ki, ağır qəzaların qarşısının alınması istiqamətində hər kəs üzərinə düşən məsuliyyəti hiss edib, vəzifəsini yerinə yetirəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025