Cəmiyyət / Təhsil (16-04-2019, 13:22)
ADAU-nun tələbələri arasında müddətli hərbi xidmətlə bağlı marifləndirmə işi aparılıb
Azərbaycan Respublikasının Konstitusiyası Vətəni müdafiə etməyi, qanunla müəyyən olunan qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit edib.
Bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə müvafiq qurumların keçirdiyi tədbirdə ətraflı danışılıb. Tədbiri açan təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov deyib ki, bu gün Azərbaycan ordusu kifayət qədər təkmilləşib, maddi-texniki, fiziki bazası güclənib. Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir. Ordunun digər vacib şərtlərindən biri onun idarə olunmasıdır. Artıq bizim ordunun mükəmməl idarə olunması, döyüşlər zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin koordinasiya edilməsi üçün müasir, intellektual komanda-idarəetmə mərkəzimiz var. Azərbaycan xalqının məşhur bir məsəlində deyildiyi kimi ordum varsa, yurdum var.
Gəncə şəhər prokurorluğunun böyük köməkçisi Sabir Musayev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gəncə şəhər Nizami və Kəpəz rayonunun çağırış şöbəsinin zabitləri geniş məzmunlu çıxışlarında müddətli hərbi xidmətlə bağlı qanunları şərh ediblər. Yayınma halları baş verərsə qanunun nəzərdə tutduğu cəza mexanizmindən danışıblar.
Tədbirdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin baş məsləhətçiləri Kənan Məmmədov və Asəf Məmmədov iştirak edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024