Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-04-2019, 09:47)
22 şəhidin hər birinin adına 22 çinar ağacı əkildi

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində  aprel döyüşlərinin 3-cü ildönümünə və həmin döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə həsr edilmiş  acacəkmə aksiyası keçirilib.  
Qaçqınlaın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı keçirlən aksiyada yüksəkliyi istiqamətində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak  olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı qəsəbəsinin sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə  Füzuli rayonu ərazisində Aprel şəhidlərinin xatirə abidəsini ziyarət edib, abidənin qarşısında gül düzüblər. Şəhidlərin ruhuna dua oxunub.
Sonra tədbir iştirakçıları Cocuq Mərcanlı kəndinin girişində yolun kənarında Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına 22  çinar ağacı əkilib, onların yanında hər bir şəhid haqqında məlumatın əks olunduğu lövhə yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.
Tədbirdə Qaçqınlaın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elmir Allahyarov, Cocuq Mərcanlı kənd sakini, “Əmək” ordenli Oqtay Həziyev, hərbi hissə komandiri Eldəniz İmaməliyev çıxış edib, Aprel zəfərinin əhəmiyyətindən danışıb, ordumuzun düşmən üzərində üstünlüyü, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər hazır olduğunu bildiriblər.
Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri vətənpərvər ruhlu şeirlər səsləndiriblər. Axırda ağacəkmə aksiyasının iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.
шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
1 05 2025
1 05 2025
1 05 2025