Cəmiyyət (2-02-2019, 13:30)
Baş leytenant: Ayağı olmayanlar sürünərək döyüşə gedəcəklər

Mediatv.az-ın xəbərinə görə, bunu Qarabağ qazisi, baş leytenant Kamil Musavi prezident İlham Əliyevin iştirakı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxış edərkən bildirib.
Kamil Musavi çıxışında qeyd edib ki, burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edir.
“Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.
Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin “İrəli” əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu.
Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: “Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin “İrəli” əmrinizə hazırdır.
Möhtərəm cənab Prezident, “İrəli” əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun”, - deyə o bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025