Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-09-2014, 20:48)
Adını tarixə yazmış qəhrəman - FOTO

 

Milli Qəhrəman Koroğlu Rəhimovun həyat və döyüş yolları hər birimiz üçün örnəkdir

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib. Tədbirdə Milli Qəhrəman Koroğlu Rəhimovun həyat yoldaşı və övladları, gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər iştirak ediblər.

“Həftə içi”nin məlumatına görə, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, ölkəmiz müharibə şəraitində yaşayır və müasir gənclik qarşısında əsas vəzifə ilk növbədə torpaqların hər an azad edilməsi uğrunda hazır olmalarıdır. Buna görə də ictimai birliyin fəaliyyətində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsi işinə dəstək olmaqdır. Onun sözlərinə görə, böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman vətən övladlarını qiymətləndirib və bu siyasət hazırda dövlət başçısı tərəfindən davam etdirilir: “Prezident İlham Əliyev çıxışlarında gənc nəslin vətənpərvər ruhda böyüməsinin xüsusi diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi yer alıb. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin də əsas məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə, vətənpərvərlik əhvali-ruhiyyəsini artırmağa töhfə verməkdir. “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi də ictimai birliyin bu sahədə həyata keçirdiyi növbəti layihədir”.

Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov atasının ömür yolundan danışıb. Koroğlu Rəhimov Vətənimizin düşməndən qorunması uğrunda mübarizədə iştirak etməyi borc sayıb.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri, Qarabağ qazisi Rey Kərimoğlu isə döyüşən insanlara obyektiv qiymət verilməsinin, əsl qəhrəmanların qiymətləndirilməsini zəruri sayıb. O qeyd edib ki, Koroğlu Rəhimov, Vəzir Orucov, Şirin Mirzəyev, Əlyar Əliyev kimi Milli Qəhrəmanlarımızın ömür yolu və qəhrəmanlıqları gənclər üçün örnək olmalıdır.

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı isə xatırladıb ki, Koroğlu Rəhimovun cəbhəyə yollanarkən onun övladları körpə olub. Buna baxmayaraq, Koroğlu Rəhimov Azərbaycan torpaqlarının bütövlüyünün qorunması üçün döyüşə atılıb: “O, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, döyüşlərdə göstərdiyi şücaət onu qısa müddətdə əfsanələşdirib. Gənclərimiz Koroğlu Rəhimov kimi qəhrəmanlarımızın həyatını, döyüş yolunu öyrənməli, örnək götürməlidirlər”.

Modern.az portalının redaktoru Xəqani Səfəroğlu KİV-lərdə işıq üzü görən vətənpərvərlik yönümlü materiallara cəmiyyətdə marağın az olduğuna diqqət çəkib, bu sahədə çoxsaylı layihələrin həyata keçirilməsini zəruri sayıb.

Tədbirdə hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər çıxış ediblər.

Qeyd edək ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazılıb, 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. 14 iyunda isə cəsur Mənəşli, 15 iyunda Başkənd erməni işğalçılarından təmizlənib. Bu əməliyyatlardan sonra bölüyün zəfər yürüşü davam edib, Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizlənib.

Beləliklə, Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3 saylı körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri Milli Qəhrəman Koroğlu Rəhimovun adını daşıyır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024