Cəmiyyət (23-01-2019, 17:00)
Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusan?

Mediatv.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə getməlidirlər:
“Biz bu gün təəccüblənirik ki, niyə nikah yaşı artır. Kənd yerində boşanan qadın müəyyən problemlər, zorakılıq, təzyiqlərə məruz qalır.
Nəticədə kəndi tərk edib, Bakıda başqası ilə rastlaşır və qeyri rəsmi uşaq dünyaya gətirir. Onunla münasibət alınmır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. Həmin xanıma sual verirəm ki, sən qarşına ərə getmək məqsədi qoymusan, ya o uşaqları böyütmək?
Qadınlar “ailə qurum, bir kişi mənə arxa dursun” düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim. Ərə getmək xatirinə ərə gedəndə də ailənin davamlılığı möhkəmliyi olmur”.
Sədaqət Qəhrəmanova qeyd edib ki, qadınlar düşünərək ailə həyatı qurmaq lazımdır:
“Həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə gedəcəksə problem deyil. Mən 34 yaşında ailə həyatı qurmuşam və dörd uşağım var. Hər şey də yaxşıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR