Cəmiyyət (4-01-2019, 10:15)
Cəlilabadda üç min illik büt tapıldı

Mediatv.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib.
10 kq-a yaxın çəkisi olan maddi mədəniyyət nümunəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.
Tarixçilərin sözlərinə görə, bu, bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaquli düz xətlərin çəkilməsidir.
İlkin araşdırmalar zamanı tapıntının üç min ildən çox yaşı olduğu məlum olub.
Mütəxəssislərin sözlərinə görə, daş fiqur cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır.
Sözügedən maddi mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inancları, eləcə də, dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.
Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik alətlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025