Karusel (11-05-2015, 14:00)
Balıqçılar naməlum küp tapdılar- Cəlilabadda+Fotolar
Cəlilabad rayonunda çay sahilində içində naməlum heyvan sümükləri olan nəhəng küp tapılıb.
Mediatv.az”ın məlumatına görə, rayonun Göytəpə qəsəbəsində eyni adlı Çayda son vaxtlar bolsululuq yaranması ilə üzə çıxan küpü burada balıq tutan şəxslər aşkar edib. Hər iki tərəfdən ölçüləri paralel olan daha çox silindir həndəsi fiqurunu xatırladan küpün içindən naməlum heyvanın çənə və iri dişlərinin qalıqları üzə çıxıb.
Tarixdə küp qəbirlər mədəniyyəti insanlara aid dəfn ritualı hesab olunsa da ilk dəfə olaraq Cəlilabadda küpün içində naməlum heyvan sümüklərinin tapılması mütəxəsisləri düşündürüb.
Ərazi nəzarətə götürülüb. Tapılmış küp və sümüyün qalıqları araşdırılması üçün paytaxta göndərilib.
Tarixçilərin sözlərinə görə, mövcud tapıntının araşdırılması qədim dövrlə bağlı son dərəcə maraqlı faktlari üzə çıxara bilər.