Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (20-07-2014, 10:27)
"Azərittifaq" sədrinə qarşı Göyçaydan ittiham gəldi - Adamının qanunsuz əməllərini ört-basdır edir

 

DİA.AZ: - Göyçayda piket keçirilməsi üçün müraciət edildi. Bu barədə məlumatı DİA.AZ-a hüquq müdafiəçisi Taleh Xasməmmədov verib. T. Xasməmmədov qeyd edib ki, təxminən 1 ay əvvəl Göyçay sakini Abdurrəhmanov Famil Vaqif oğlu Göyçay rayon İstehsal-İstehlak kooperativi İdarə heyətinin sədri Ağanəzər Xəlilovun qanunsuz əməlləri və müdiri olduğu “Nuşican” yeməkxanasının özəlləşdirilməsi üçün ondan 40 000 (qırx min) manat rüşvət tələb edilməsi, həmçinin 4 ildən çox müddət süründürməçiliyə məruz qalması səbəbindən prezident Ilham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Korrupsiya qarşı Baş Mübarizə İdarəsinə şikayət ünvanlasa da onun problemləri həll olunmayıb.

Belə ki, 10 gün əvvəl Azərittifaq tərəfindən ezam edilmiş komissiya Sədi Mehdiyevin rəhbərliyi ilə Göyçay rayonuna gəlmiş, Ağanəzər Xəlilovun qanunsuz işləri aşkar edilmiş, amma bu faktlar Baş Prokurorluğa olduğu kimi məruzə edilməmişdir. Famil Abdurrəhmanov qeyd edib ki, Azərittifaqın sədri Eldar Quliyev təşkilatın adına xələl gəlməməsi üçün A. Xəlilovun cinayət əməllərini ört basdır edir. Nəticədədə onun haqlı tələbləri təmin edilmir. F. Abdurrəhmanov bu günə qədər istifadəsində olan obyektin özəlləşdirilməsi üçün sənədləri ala bilmədiyi səbəbindən narazı şəxslərlə birlikdə piket keçirilməsini vacib hesab edərək 23 iyul 2014-cü il tarixdə piket keçirilməsinə icazə verilməsi üçün Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədova ərizə ilə müraciət ünvanlayııb. Piket zamanı “Korrupsioner rədd ol” və “ Rüşvətə yox deyək” şüarlarından istifadə ediləcək. 

Hüquq müdafiəçisi onu da qeyd edib ki, Göyçayda son vaxtlar narazı adamların bir yerə yığışaraq səs-küy salması səbəbindən süni piketlərə də təsadüf edilir. Çünki, Göyçayda şikayətlər həddən çox artıb. Şikayətlərin artmasına səbəb isə vətəndaşların tələb və xahişlərinin nəzərə alınmaması və problemlərinin həll edilməməsidir. Göyçay rayonunda süründürməçilik halları ən çox Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov barəsində olur. Hər gün həmin idarənin qarşısında vətəndaşlarını ciddi narazılığına və qarğış etməsinə təsadüf olunur. 2 gün əvvəl bir nəfər sakinə dedim ki, “Əgər sənə ünvanlı sosial yardım düşmürsə, niyə gəlib-gedirsən?” Cavab belə oldu ki, “düşür deyə 8 dəfədir gəlib-gedirəm”. Bir neçə gün əvvəl də bir nəfər sakinə ünvanlı sosial yardım verilməsindən imtina ediblər ki, evə baxış keçirildikdə, orada heç kim olmayıb, yəni orada yaşamırlar. Belə başa düşülür ki, vətəndaşlar ünvanlı sosial yardım almaq üçün evlərindən çıxıb qonaq da gedə bilməzlər. Bundan əlavə “Azərsu” ASC-nin “Göyçay Su-Kanal” Törəmə Cəmiyyətinin sədri Zöhrab Cəfərliyə görə hər gün idarənin qarşısında süni piketlər yaranır. Səbəb isə sayğac qoyularkən texniki şərt adı ilə vətəndaşlardan pul tələb edilməsi və 11 000 nəfərə yaxın abonentə qanunsuz olaraq 500 000 manatdan çox qalıq borcun yazılmasıdır. Abonentlər hər dəfə karta pul yüklədikdə 30% pul borca görə tutulduğundan orada bütün iş günlərində dava-dalaş baş verir. Göyçay Qaz İstismar sahəsinin rəisi Murtuz Salahov da abonentlərə qarşı sərt mövqe nümayiş etdirir. Hər gün çoxlu sayda vətəndaşların evlərinə qaz verilməsini kəsdirir, oranın müfəttişləri maaş və pensiyalar verilmədən sakinlərlərə hədə qorxular gələrək pulların ödənilməsini dava-dalaşla tələb edirlər. Ölkə prezidenti müxtəlif vaxtlarda borcların silinməsinə sərəncam vermiş olsa da M. Salahov bəzi abonentləri 7-8 il əvvəlki qalıq borclarını ödəməsinə məcbur edir. Onun təkidi ilə çilingərlər sayğacların quraşdırılmasına görə abonentlərdən qanunsuz olaraq pullar yığırlar. Fikirlərimi qısa olaraq aidiyyatı orqanlara ona görə çatdırıram ki, məhvə düçar olmuş Göyçayın dərdinə diqqət yetirsinlər. Artıq Göyçayımızda nə yaraşıq qalıb, nə də ki, rahatlıq. Baş verən hadisələrə yeganə səbəb budur, cəzasızlıq!

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024