Gündəm / Slayd (19-07-2014, 19:36)
Hüquq müdafiəçisi Məmmədovların cəzalandırılmasını tələb edir
Daxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi Vidadi İsgəndərlinin ölümlə hədələnməsi faktını araşdırır.
İyunun 30-da DİN-də ifadəsi alınan V.İsgəndərlinin işinə Göyçay rayon polis şöbəsində xitam verilmişdi.
Ancaq gözlənilmədən iş Göyçay polisindən alınaraq, DİN-ə verilib və yenidən məsələ araşdırılır.
İstintaqın gedişi və hazırkı vəziyyəti öyrənmək üçün hüquq müdafiəçisi ilə əlaqə saxladıq və Vidadi İsgəndərli musavat.com-a bildirdi ki, ona qarşı hədə-qorxu ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma davam edir.
Hüquq müdafiəçisinin sözlərinə görə, hadisə ilə bağlı işdə adı keçən Emil Məmmədov və Dəyanət Babayevin ifadəsi alınıb: "Mən bilmirəm ki, onlara istintaqa nə ifadə veriblər. Hər halda müstəntiq də istintaq sirrini açıqlaya bilməz. Mənə sosial şəbəkələrdə təhqir, hədə-qorxu, terror təhdidi yazanlardan 30 belə saxta profili istintaqa təqdim etmişəm. Bundan başqa da Səbayel Rayon Polis İdarəsində iş gedir. Bilirsiniz ki, bu il fevralın 15-də idmançılar qarşımı kəsərək, Ziya Məmmədov haqqında tənqidi fikirlər səsləndirməməyi tələb ediblər. Mən şikayət ərizəsində göstərmişəm ki, məmurların korrupsioner fəaliyyəti haqda çıxışlar etmişəm, müsahibələrim olub. Zakir Qaralovu, Fazil Məmmədovu, icra hakimlərini tənqid etmişəm. Ancaq nədənsə onların heç biri hədə-qorxu yolunu seçməyib. Bircə Ziya Məmmədov təhdid variantına əl atıb”.
V.İsgəndərli qeyd etdi ki, Göyçayın icra başçısı Mənsur Məmmədov təhdidlərdən öncə ona elçi göndərmişdi: "Xahiş edirdi ki, onun və nazir qohumu Ziya Məmmədovun haqqında çıxışlarımı dayandırım. Hətta şirnikləndirmək üçün rüşvət də təklif etdi. Amma təbii ki, onun bu təkliflərini rədd etdim. Mənə xəbərdarlıq göndərdi ki, o halda Ziya Məmmədova məruzə edəcək və hansı tədbir görüləcəyini nazir özü müəyyənləşdirəcək. Elə çox çəkmədi ki, məni ölümlə təhdid etməyə, evimi, ailəmi terrorla hədələməyə start verdilər. Mən ümid edirəm ki, istintaq bütün bu faktları araşdıracaq”.
Göyçayda yaşayan hüquq müdafiəçisi Taleh Xasməmmədovun bu işlə bağlı istintaqa dəvət olunmasına münasibət bildirən V.İsgəndərli dedi ki, onun adını çəkməyib: "Görünür, istintaq özü bu qənaətə gəlib. Mən Talehin adını istintaqa verməmişəm. Taleh Xasməmmədovun nə ifadə verdiyini bilmirəm. Ancaq Emil Məmmədov mənə "facebook”da təhdidlər yazılmasının sifarişçisi kimi onu istintaqa təqdim edib. Bu məsələ ilə bağlı da məndən geniş ifadə alınacaq. Gözləyirəm ki, Taleh özü açıqlama versin, bu işə nə aidiyyatı var, nə üçün onu dindiriblər? Yalnız onu deyə bilərəm ki, bu hadisədə əsas sifarişçilər olan Göyçayın icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Ruslan Əlizadə, icra başçısı Mənsur Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məni 300-500 manata ləyaqətini satmış sifarişçilərin cəzalandırılması maraqlandırmır. Əsl sifarişçilər məsuliyyətə cəlb olunmalıdır”.
Yada salaq ki, mayın 6-da hüquq müdafiəçisinin evinə zəng edərək, onu mənzilini bomba ilə partlatmaqla hədələyiblər. Hüquq müdafiəçisi 102 xidmətinə zəng edib, 30 nəfərdən ibarət əməliyyat qrupu göndərilib. İki gün sonra Göyçayın polis rəisi İslam Hümbətov V.İsgəndərliyə zəng edib, onu hədələyən şəxsi müəyyən etdiklərini və tutduqlarını deyib.
Hüquq müdafiəçisi Bakıya qayıdandan sonra Göyçayın icra başçısının təkidi ilə onu hədələyən şəxs - Emil Məmmədov barəsində cinayət işi başlanıb. Ancaq həbs verilməyib.
Hüquq müdafiəçisi DİN-ə müraciət edəndən sonra Göyçaydakı bu qərar ləğv olunub. İş nazirliyin Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə olunub. Hüquq müdafiəçisi E.Məmmədovu bu hadisələrdə fiqur sayır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024