Cəmiyyət (5-11-2018, 18:30)
Komitə sədrindən irad: Düz baxaq ki, düz də görək
Gəlin, hər şeyə düz gözlə baxaq ki, düz görək və düz qiymətləndirək.
Mediatv.az xəbər verir ki, bunu büdcə müzakirələrində professor, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
O, büdcə, xüsusən gömrük və vergi orqanları ilə bağlı bəzi həmkarları tərəfindən səsləndirilən iradlarla razılaşmadığını deyib.
“Həm vergilərdə, həm gömrükdə aparılan işlər, həyata keçirilən islahatlar, əldə olunun uğurlar göz qabağındadır. Hamımız bunun şahidiyik. Hər iki qurumdakı yeni rəhbərliklərin sayəsində qısa müddət ərzində çox böyük addımlar atılıb. Niyə bunları görməyək axı? Mən tənqid edən dostlara deyirəm ki, tələsməsinlər, darıxmasınlar, bir qədər də səbrli olsunlar.
İslahatlar hələ başa çatmayıb, davam edir. Əsl nəticələr sonda bilinəcək. Gəlin, hər şeyə düz gözlə baxaq. Düz gözlə baxaq ki, hər şeyi düz görək, düz də qiymətləndirək”, - deyə E.İbrahimov əlavə edib.
