Siyasət / Slayd (2-04-2015, 22:05)
Deputat Ceyhun Osmanlı atasının işdən çıxarılmasından danışd
“Azərbaycanda bütün sahələr üzrə struktur islahatlar getdiyi kimi, aqrar sahədə də struktur islahatlar aparılır. Bu islahatları alqışlayırıq”.
Bu sözləri Modern.az saytına Milli Məclisin deputatı Ceyhun Osmanlı atası Yunus Osmanovun vəzifəsini itirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə bu, təkcə atası ilə bağlı islahat deyil.
“Azərbaycanın bütün rayonlarında bütün İcra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavini postu ləğv olunub. Mənim atam da aqrar məsələlər üzrə müavin funksiyasını yerinə yetirirdi. Eyni zamanda, qanun, sərəncam hamıya şamil olunur.
Ölkədə aparılan struktur islahatları ilə bağlı müvafiq addım atılıb. Konkret bir şəxsə şamil olunmayıb. Biz də ailəmiz olaraq hər zaman Azərbaycan dövlətçiliyini dəstəkləyirik və dəstəkləyəcəyik. Təbii ki, ölkədə gedən islahatları alqışlayırıq”.
“Atanız bundan sonra hansı işdə çalışacaq” sualına deputat belə cavab verib.
“Onu nə mən, nə də Azərbaycanın bütün rayonlarında islahatlar nəticəsində ixtisaea düşən kimsə söyləyə bilər. Atamla bu barədə danışmamışam, onun fikrini də bilmirəm. Artıq o yaşdayıq ki, hər kəs müəyyən mənada həyat yolu ilə bağlı seçimlər edə, fikirlərini bildirə bilir. Bu barədə məlumatı indi Milli Məclisin komitə iclasında öyrəndim”.
Qeyd edək ki, deputat Ceyhun Osmanlının atası Yunus Osmanov Göyçay rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini vəzifəsində çalışırdı.