Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-07-2018, 15:30)
Kollegiya: Vəkillik qurumları məhkəmə binalarında fəaliyyət göstərə bilməz

Kollegiya: Vəkillik qurumları məhkəmə binalarında fəaliyyət göstərə bilməz

 

İyulun 19-da Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Mediatv.az  məlumat verir ki, VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

A.Bağırov tədbir iştirakçılarına VK-nın cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanları və bu imtahanlar nəticəsində VK-nın üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib.

O qeyd edib ki, son altı ay ərzində vəkillərə yeni vəsiqələr paylanılıb:

“İndiyə kimi, vəkillərə sovet dövründən qalma qırmızı vəsiqələr verilirdi. Ancaq biz həmin vəsiqələri yenilədik, müasirləşdirdik. Çünki qırmızı vəsiqələr başqa assosiasiyalar doğururdu. Həmçinin, müqavilələri yenilədik, bu istiqamətdə mühüm addımlar atdıq”.

A.Bağırov keçmiş rəhbərliyin dövründə VK-nın qapalı bir quruma çevrildiyini, onun media və xarici təşkilatlarla heç bir əlaqə qurmadığını da deyib:

“Vəkillər Kollegiyası kommersiya qurumu deyil, o, qapalı ola bilməz. Bu qurum hər kəsə, bütün vətəndaşlara, xüsusilə, mediaya açıq olmalıdır. Çox təəssüflər olsun ki, ötən illərdə bir dənə də olsun, beynəlxalq təşkilatla əlaqə qurulmayıb.

Bu qurum mediaya qapalı qurum kimi fəaliyyət göstərib. Bunlar qəbuledilməzdir. Amma bu gün biz bır sıra beynəlxalq qurumlarla, o cümlədən, türkiyəli və gürcüstanlı həmkarlarımızla əməkdaşlıq edirik. Hətta Ermənistanı, erməniləri də bu məsələdə təcrid vəziyyətinə salmışıq.

Onlara mesaj vermişik ki, nə qədər ki təcavüzkarlıq siyasətlərindən əl çəkməyiblər, digər məsələlərdə olduğu kimi, bu sahədə də təcrid durumunda qalacaqlar”.

VK-nın sədri son dövrlər yerlərdə vəkillik qurumlarının sayının atmasını da müsbət tendensiya kimi dəyərləndirib:

“Son bir neçə ay ərzində daha 10 yerli vəkillik qurumları yaradılıb. İndiyə qədər vəkillər qurumları yerli məhkəmələrin binalarında fəaliyyət göstəriblər. Amma belə hesab edirik ki, bu, düzgün deyil. Bu, onların müstəqilliyini kölgə altında qoyur, bir növ məhkəmələrdən asılı vəziyyətə salır. Vəkil məhkəmə binasında ola, otura bilər, amma vəkillər qurumları yox”.

A.Bağırov indiyə qədər mövcud olan hüquq məsləhətxanalarının adının korrektə edildiyini, dəyişikliyə məruz qaldığını söyləyib:

“Hüquq məsləhətxanası deyəndə elə çıxır ki, ancaq məsləhətlər verilir. Bu, düzgün deyil. Bu, vəkilliyin, vəkillərin bir növ aşağılanmasıdır. Ona görə də qərara aldıq ki, “hüquq məsləhətxanaları” sözü “vəkil büroları” sözü ilə əvəzlənsin”.

VK-nın sədri son aylara qədər Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə heç bir təmas olmadığını bildirib və bunu qurumun tarixində biabırçı hadisə kimi dəyərləndirib:

“Çox təəssüflər olsun ki, son dövrə qədər Naxçıvan Vəkillər Kollegiyası ilə heç bir əlaqə, təmas olmayıb. Bu, biabırçılıqdır. Belə bir şey qəbul edilə bilməz. Odur ki, bizim ilk işlərimizdən biri də həmin qurumla işlərimizi, təmaslarımızı qurmaqdır”.

A.Bağırovun çıxışından sonra peşəyə buraxılan 264 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.

Daha sonra, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, KPMG şirkətinin direktoru Fərid İsayev, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxış ediblər.

Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” barədə təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verililib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024