Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-01-2018, 14:00)
Vəkillər Kollegiyası ilk dəfə Konstitusiya Məhkəməsinin plenumunda hüquqi rəy verib – FOTO

Vəkillər Kollegiyası ilk dəfə Konstitusiya Məhkəməsinin plenumunda hüquqi rəy verib – FOTO

 

Yanvarın 23-də Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində görüşdə olub.

Qeyd olunmalıdır ki, bu görüş təsadüfi olmamaqla, Konstitusiya Məhkəməsi Plenumunun həmin tarixdə keçirilmiş növbəti  iclası ilə eyni vaxta təsadüf edib. Belə ki, ötən ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş edib. Konstitusiya Məhkəməsinin tarixində ilk dəfədir ki, Vəkillər Kollegiyasının nümayəndəsi mütəxəssis qismində Plenumun iclasına dəvət olunub. 

Mediatv.az-ın məlumatına görə, Vəkillər Kollegiyasını iclasda mütəxəssis qismində Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil edib.

Sonra Vəkillər Kollegiyasının rəhbərliyi – sədr Anar Bağırovun, sədr müavini Pərviz Ələkbərovun, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla, Məhkəmənin hakim heyəti arasında görüş keçirilib.

Görüşün əvvəlində Məhkəmənin sədri Fərhad Abdullayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Rafael Qvaladzeyə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub.

Hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas Rafael Qvaladzeyə Rəyasət Heyətinin qərarı ilə verilmiş “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim edilib. Yubilyara Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən möhkəm cansağlığı və peşə fəaliyyətində uğurlar arzulanıb.

Səmimi və qonaqpərvərlik mühitində keçmiş görüşdə qurumlar arasında növbəti dövrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarında vəkillik institutunun rolu və əhəmiyyəti, vəkilliyin cari vəziyyəti, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə Anar Bağırovun fikirləri dinlənilib, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər görüş iştirakçıları tərəfindən bu istiqamətdə faydalı məsləhətlər verilib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024