Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-07-2018, 15:00)
Anar Bağırov: Ölkədə 10 min nəfərə 15 vəkil düşəcək

Anar Bağırov: Ölkədə 10 min nəfərə 15 vəkil düşəcək

 

Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var.

Mediatv.az-ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə doqquz vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək:

“Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni, bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: 

“Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır.

Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir.

Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar - müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə önəmli peşə olduğuna daha bir nümunədir.

Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində altı nəfər hüquq elmləri doktoru var”.

A.Bağırovun sözlərinə görə, ilin sonuna kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək və bu zaman vəkillərin sayı bir qədər də artmış olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024