Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-06-2018, 19:00)
Vahid Əhmədov: Kimlərinsə maraqları üzündən Rəqabət Məcəlləsi düyünə düşüb

Vahid Əhmədov: Kimlərinsə maraqları üzündən Rəqabət Məcəlləsi düyünə düşüb

 

Artıq özümüzdə təpər, cəsarət tapıb Rəqbət Məcəlləsini qəbul etməliyik.

Mediatv.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov dilə gətirib.

Millət vəklili bildirib ki, artıq 10 ildən çoxdur Rəqabət Məcəlləsinin qəbulu düyünə düşüb:

"Biz bu məsələni hər sessiyada dilə gətirməkdən artıq bezmişik, yorulmuşuq...

Nə qədər bu məsələni qaldırmaq olar?! 

Hər dəfə də söz verilir ki, üzərində işlər gedir, müzakirələrə təqdim olunacaq, ancaq sonra yenə də hər şey unudulur, Məcəllədən səs-soraq çıxmır...

Bu Məcəllənin qəbulunu axı, nə qədər uzatmaq olar və uzadacaqlar?

Nəyi gözləyirlər?

Ölkədə inhisarçılığın tam şəkildə aradan qaldırılması, sağlam rəqabət mühitinin yaradılması, azad bazar iqtisadiyyatının inkişafını istəyiriksə, o zaman Rəqbət Məcəlləsini ikinci və üçüncü oxunuşlarda müzakirələrə çıxarmalı və onun qəbuluna nail olmalıyıq.

 Bu Məcəllə 3-cü çağırış parlamentin dövründə müzakirəyə çıxarıldı, hətta, birinci oxunuşdan keçdi, ancaq üstündən illər keçir, 5-ci çağırış parlament də artıq 3-cü ilini başa vurur, amma Məcəllə kimlərinsə maraqları üzündən hələ də qəbul olunmamış vəziyyətdə qalır...

Bu qədər də olmaz?! 

Növbədənkənar iclaslarda da bu Məcəllənin qəbulu hələ ki real görünmür. 

Heç olmasa, növbəti payız sessiyasında bu Məcəllə gündəliyə çıxarılsın və qəbul olunsun.

Artıq bəhanələrə, filanlara ehtiyac yoxdur"-deyə millət vəkili sözlərinə əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024