Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-05-2018, 18:30)
Vitse-spiker: Qadınlar kişilərdən geri qalmadıqlarını göstəriblər

Vitse-spiker: Qadınlar kişilərdən geri qalmadıqlarını göstəriblər

 

 

Azərbaycan ərazisi 26 ildir ki, işğal altındadır. Ötən 100 il ərzində çoxmiqyaslı nailiyyətlər əldə edilsə də, yeganə problem Dağlıq Qarabağ münaqişəsinin olması bizə bu nailiyyətləri bütün mənası ilə hiss etməyə imkan vermir.

Mediatv.az  xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin laqeyd qalması bu problemin bu günə qədər gəlib çatmasına rəvac verib.

O deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün aparıcı mövqe olan beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulamağın üzərindən sükutla keçir və bununla da erməni təcavüzünə, erməni işğalına şərait yaratmış olur.

B.Muradovanın bildirdiyinə görə, tariximizin bəzi səhifələri faciə ilə doludur, lakin tarixin vacib məqamlarında düzgün addımlar atmaq qətiyyətinə malik olan xalq olmağımız bizdə qürur hissi doğurur: 

“Ölkə prezidentinin bu günlərdə keçirilən tədbirdə vurğuladığı kimi, əgər o zaman Azərbaycanın malik olduğu bütün sərvətlər ölkənin öz əlində olsaydı, Azərbaycan uzun illər enerji ehtiyatlarını öz problemlərinin həlli üçün istifadə etsəydi, bu gün Azərbaycan ən çox inkişaf etmiş və demokratik ölkə olardı”.

B.Muradova hesab edir ki, Azərbaycan qadınları ərazi bütövlüyünün qorunmasına öz töhfələrini veriblər: 

“Milli qəhrəman statusu almış qadınlar bu məsələdə də kişilərdən geri qalmadıqlarını göstəriblər. Azərbaycan qadınları müstəqilliyin və ərazi bütövlüyünün qorunması üçün öz canlarını verməkdən çəkinmirlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024