Cəmiyyət (7-03-2018, 20:00)
Bakıda Novruz bayramı ilə bağlı tədbirlər planı açıqlandı
Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.
Mediatv.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı qazanacaqlar.
Qonaqların bayram əhvalını tam mənasında yaşaya bilmələri üçün meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq. Bu səbəbdən də nazirlik bayram günlərində sakinləri və turistləri asudə vaxtlarını Novruz festivalında keçirməyə dəvət edir.
Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.
