Cəmiyyət (20-03-2015, 15:50)
Tərtərdə bayram tədbirləri davam edir
Hərbi hissələrdə təşkil olunan silsilə bayram
tədbirləri davam etdirilir
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir .
Martın 20-də N saylı hərbi hissədə təşkil olunan tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov hərbi hissənin şəxsi heyyətini əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Novruz bayramı münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduğunu bildirmişdir. Hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini bildirmişdir.
Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.
Sonda rayon icra hakimiyyəti tərəfində aparılan bayram sovqatı N saylı hərbi hissənin əsgərlərinə paylanmışdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024