Cəmiyyət (31-01-2018, 12:00)
Nazir: Üçulduzlu hotellərin yaradılması istiqamətində işlər aparılır
Azərbaycanda imkanların yaxşılaşması insanların öz vətənlərində istirahət etməsinə gətirib-çıxarıb.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev xaricə gedən azərbaycanlıların sayında dörd faiz azalma baş verməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, ölkədə istirahət mərkəzlərində boş yerlər azdır:
“Fərdi evlərin turistlərə istifadəyə verilməsi istiqamətində işlər gedir. Kənd sakinləri üçün Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Assosasiyası tərəfindən xüsusi təlimlər keçirilir. O cümlədən, rayonlarda üçulduzlu hotellərin yaradılması istiqamətində fəaliyyətlər aparılır”.
Nazir hazırda paytaxtda hostellərin yaradılmasının geniş yayıldığını deyib:
“Ölkədə 100-ə qədər hostel var. Onların yerləşdirilmə xidmətləri, qiymətləri müxtəlifdir. Bütün hallarda hostellər hotellərdən ucuzdur”.
