Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2017, 13:30)
Səhiyyə Nazirliyindən qriplə bağlı – AÇIQLAMA

Səhiyyə Nazirliyindən qriplə bağlı – AÇIQLAMA

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.

Mediatv.az  xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, laborator müayinələr zamanı builki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.

A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb: “Builki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələlik qrip virusları sirkulyasiya etmir”.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.

Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024