Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (20-01-2016, 19:04)
Azərbaycanda “donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur

Azərbaycanda “donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur

 

 

Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayevin sözlərinə görə, hazırda ölkəmizdə “donuz qripi” təhlükəsi yoxdur.
Mediatv.az xəbər verir ki, Azərbaycanda indiyədək “donuz qripi” xəstəliyinin aşkarlanmadığını deyən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədə indiyədək heç bir kəsin H1N1 virusuna yoluxma şübhəsi ilə müayinələrə cəlb edilmədiyini, mövsümü qriplə əlaqədar müayinələrin aparıldığını da söyləyib.
Baş epidemioloq qeyd edib ki, “donuz qripi”nin digər ölkələrdən Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün sərhəd məntəqələrində nazirliyin Sanitar Karantin Müfəttişliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə nəzarət məntəqələri fəaliyyət göstərir: “Şübhəli şəxslərin hamısı sanitar nəzarətindən keçirilir. Lazım olarsa, biz onu mütləq şəkildə təcrid edirik. Bunun üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib. Respublika Taun Əleyhinə Stansiyada da bütün müayinələr aparılır. Ölkəmizin “donuz qripi” ilə əlaqədar tədbirlər görməsi üçün hər cür şəraiti var. Əgər bir hadisə baş verərsə, biz buna hazırıq”.
İ.Ağayevin sözlərinə görə, hər il soyuq fəsillərdə qrip xəstəliyi yayılır: "Bu birmənalıdır. Amma 50 dərəcə şaxtada qripə yoluxmayanlar, isti günlərdə isə qripə yoluxanlar var. Yay ayı ərzində də ekvatorun ətrafındakı bütün yerlərdə qrip xəstəliyi olur".
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024