Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-10-2017, 17:30)
Sel təhlükəsi: Köməyə polis gəldi – FOTO

Sel təhlükəsi: Köməyə polis gəldi – FOTO

 

Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin nümayəndələri Astarada sel və daşqınların yaratdığı fəsadlarla bağlı rayona səfər edib, vəziyyətlə tanış olublar.

Mediatv.az  xəbər verir ki, bu barədə Report-a Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayon rəhbərliyi ilə görüşdə Astara çayının sahili boyunca 1200 metr məsafədə sahilbərkitmə işlərinə ehtiyac olduğu müzakirə olunub: “Bir neçə gün ərzində intensiv yağışların yağması nəticəsində Astara və Pensər çaylarında suyun səviyyəsi bir neçə metr qalxaraq ətraf əraziləri su altında qoyub. Əsasən Suparibağ Ərazi Nümayəndəliyinə aid olan Rüdəkəran, Qapıçıməhəllə, Məscidməhəllə və bir sərhəd zastavasının ərazisi bütünlüklə subasmaya məruz qalıb. Bundan əlavə, dənizdə qabarma olduğundan yağıntı sularını dənizə ötürməli olan kollektorlarda da daşqınlar baş verib. Şəhərin Qum küçəsi və ətraf ərazilərin sakinləri üçün ciddi problemlər yaranıb. Baş verə biləcək fəlakətin qarşısının alınması məqsədi ilə vəziyyət dəyərləndirilərək əhaliyə bir neçə  saat əvvəl evlərindən çıxmaları və mal-heyvanlarını daha təhlükəsiz yerlərə aparmaları üçün məlumat verilib. Lakin, sakinlər bu xəbərdarlığı ciddi qəbul etməyiblər. Nəticədə 60-a yaxın ailə təhlükə ilə üz-üzə qalıb. Qayıqlardan istifadə etməklə və xüsusilə də Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının ciddi səyləri nəticəsində evlərində köməksiz halda qalmış sakinlər təxliyyə olunublar”.

Qeyd edək ki, hazırda hava şəraiti yağıntısız olduğundan sel suları təbii halda çəkilir. Nisbətən çökək ərazilərdə isə generatorların və su nasoslarının köməyindən istifadə olunur.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024