Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-02-2015, 16:22)
Salyanlılar Ələt-Astara yolunu bağladı

Salyan rayonunun 200-dək sakini dünən Ələt-Astara avtomobil yolunu bağlayıb. İcra başçısı narazı sakinlərlə görüşüb

 

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, dünən Salyanının “Plastmas zavodu” yaşayış massivinin sakinləri yaşadıqları binaların həyətindəki yardımçı tikililərin sökülməsinə etiraz ediblər. 
200-dək qəsəbə sakini dünən saat 17 radələrində etiraz əlaməti olaraq Ələt-Astara avtomobil yolunu bağlayıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının və yerli məmurların narazı sakinlərlə apardığı danışıqlardan sonra onlar aksiyanı dayandırıb. Problemin həlli üçün rayon rəhbərliyi ilə görüş keçirilməsi razılaşdırılıb.
Əməkdaşımız xəbər verir ki, bu gün Salyan RİH-in başçısı Tahir Kərimov, yerli hüquq-mühafizə orqanlarının və idarə-müəssisə rəhbərləri narazı sakinlərlə görüş keçiriblər.
2 saata yaxın davam edən görüşdə razılaşdırılıb ki, yaşayış binalarından 10 metr məsafədə tikilmiş tikililərə toxunulmasın və bu tikililərin ətrafı səliqəyə salınaraq abadlaşdırılsın. Binalardan 10 metr kənarda tikilmiş qanunsuz tikililər isə sökülərək ərazidə yaşıllaşdırma işləri aparılsın. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025