Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-09-2017, 10:25)
“110”luq yolda sürücü “95”lə radara düşdü

“110”luq yolda sürücü “95”lə radara düşdü

 

Mingəçevirdən Bakıya gələn sürücü yolda radara düşüb.

Mediatv.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, əslən Kəlbəcərdən olan məcburi köçkün Elmir Göyüşov iddia edir ki, Bakı-Ələt-Qazax yolunun 23-cü kilometrliyində sürət həddinin saatda 110 kilometr göstərilən yerdə “95”lə hərəkətdə olub. Amma bir neçə gün sonra sürücünün ünvanına elektron cərimə protokolu gəlib ki, sürət həddini aşıb.

Sürücü bundan sonra həmin əraziyə gedərək, yoldakı müvafiq nişanı da çəkib. O, həvəskar çəkilişdə belə izah edir ki, saatda 70 kilometr sürət hansı hissədən başlayır.

Sürücü yoldakı polis postlarından birinə yaxınlaşaraq onları məsələ ilə bağlı xəbərdar edib. Postdan ona bildiriblər ki, sürət həddini aşdığına görə 50 manat məbləğində və 2 bal cərimə edilib. Qanunsuz olaraq cərimə edildiyini deyən sürücü Elmir Göyüşov cəriməsinin silinməsini tələb edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, belə halla rastlaşan sürücülər idarəyə və yaxud da “902” qaynar xəttinə məlumat versinlər. Məsələ tez bir zamanda araşdırılacaq. Əgər həqiqətən də sürücünün iddiası doğru olarsa, elektron protokol ləğv ediləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025