Karusel (13-12-2014, 14:10)
Qanunsuz ov edənlər cərimələndi
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları qanunsuz ov edənləri cərimələyib
"Mediatv.az"-ın məlumatına görə, dekabrın 5-dən 11-dək keçirilən reydlər zamanı Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri Vahid Əliyev və Elçin Əsədullayev saxlanılıb. Onlardan 2 ov tüfəngi və 16 patron götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt və protokol tərtib edilib, qanunu pozanların hər biri 1000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının ərazisində keçirilmiş reyd zamanı ov edən Quba rayonu Xaltan kənd sakinləri Məhəmməd İsgəndərov və Heybətağa Mikayılov saxlanılıb və onlardan 2 ov tüfəngi, 8 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub, hər biri 1000 manat məbləğində cərimə edilib.
Sarısu Ovçuluq Təssərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Lənkəran rayonu Türəkəran kənd sakini Ayaz Həsənov saxlanılıb, ondan 1 ov tüfəngi, 5 patron və 3 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunub, 1015 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024