Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-09-2017, 14:35)
Azərbaycanda itkin düşmüş şəxslərin sayı açıqlandı

Azərbaycanda itkin düşmüş şəxslərin sayı açıqlandı

 

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür".

Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, Dövlət Komissiyasında bu il sentyabrın 1-ə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: "Onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024