Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-07-2015, 14:00)
Azərbaycanda 4013 nəfər itkin düşüb

 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2014-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 8 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.

 

Komitədən  verilən məlumata görə, həmin şəxslərdən 4 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 1 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 3 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib. 

Beləliklə, 1 iyul 2015-ci il tarixinə əsir, itkin düşən və girov götürülən şəxslərin sayı 4013 nəfər təşkil edib. Onlardan 3253 nəfər hərbçi, 756 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. 

Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (18 nəfər azyaşlı qız), 253 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). 

Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. 

Münaqişə müddətində 1434 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 354 nəfər qadın, 1081 nəfər kişidir. Eyni zamanda 213 nəfər uşaq (74 nəfər azyaşlı qız), 292 nəfər yaşlı şəxsdir (113 nəfər yaşlı qadın). 

Dövlət Komissiyasına daxil olan materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024