Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-08-2015, 16:24)
Balakəndə yol qəzası: 2 yaralı

Balakən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib

 

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 150-ci kilometrliyində qeydə alınıb. Belə ki, Balakən rayonunun Tülü kənd sakini, 58 yaşlı Nəriman Tahirovun idarə etdiyi “Toyota Prado” markalı, Rusiya dövlət nömrə nişanlı minik avtomobili ilə rayon sakini, 29 yaşlı Əlibala Abdullayevin idarə etdiyi “Lexus” markalı 99 HM 906 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. 
Qəza nəticəsində "Toyota Prado"nun sürücüsü Nəriman Tahirov və digər avtomobildə olan sərnişin, rayonun Talalar kənd sakini, 36 yaşlı İlqar Mustafayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti orta-ağırdır. 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. 
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024