Tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini vermişdir. Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüb.
Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimayətin arasında körpü yaratmaq, baş verən hadisələri sizlərə çatdırmaqdır. Eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları- istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi.
"Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının ( Şapkamı geyinən) hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin, və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən ( Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı. Qəzet ayda bir dəfə sizlərlə görüşə gələcək.
"Yeni dalğa" qəzetinin redaksiya heyəti:
Təsisçi:
Tural TURAN
Baş redaktor:
Emil RASİMOĞLU
Baş redaktorun müavini:
Fuad CƏFƏRLİ
Korrektor:
Şəfaqət CƏVANŞİRZADƏ
Şöbə müdirləri:
Rübabə Sahib
Seyran İSMAYIL
Çinarə ÖMRAY
Ümid NƏCCARİ
"Yeni dalğa" qəzetinin mətbuat xidməti.