Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-06-2016, 16:30)
Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

 

     İyunun 2-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanda multikultural mühitdə olan mövcud münasibətlər sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları”  kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

     Mediatv.az xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov , Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri və Qobustan,  Şamaxı, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş rayon Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.  

Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan  Respublikasında “Multikulturalizm ili” elan olunduğunu, bu məqsədlə respublikamızda, eləcə də rayonumuzda keçirilən silsilə tədbirlərdən danışaraq multikulturalizmin əsrlər boyu xalqımıza xas olan bir anlayış kimi müxtəlif dinlərin, millətlərin nümayəndələrinin  Azərbaycanda bir ailə kimi yaşadığını vurğuladı.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov “Azərbaycanda multikulturalizmin dövlət siyasəti olması haqqında”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında”, kitabın müəlliflərindən biri  Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı,  fəlsəfə  elmləri doktoru  İbrahim Quliyev  “Multikulturalizm ideologiyası, ədəbi qaynaqlarımızda multikultural dəyərlərinin ifadəsi” mövzusunda çıxış ediblər.

Çıxış edənlər “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları”  kitabında multikultural dəyərlərin tarixi dastanımız olan Kitabi Dədə Qorquddan bu günə kimi ədəbi mənbələrimizdə yaşadılmasını şərh ediblər.

 

Sonda tədbir iştirakçıları “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları”  kitabının müzakirəsini apardılar. 

Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025