Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-07-2017, 12:22)
Tanınmış ilahiyyatçı Bakıda qınanılan ərəbə dəstək çıxdı

Tanınmış ilahiyyatçı Bakıda qınanılan ərəbə dəstək çıxdı

 

Ötən gün sosial şəbəkədə ölkəmizə turist olaraq gələn bir ərəbin nəqliyyat vasitəsinin yanında təbii ehtiyacını aradan qaldırarkən şəkli paylaşıldı. Ərəbi müsəlmanlığa qatıb həm dini, həm ərəbləri təhqir edənlər oldu.

MediaTV.AZ Modern.az-a istinadən xəbər verir ki, tanınmış ilahiyyatçı Elşad Miri də məcburən bu mövzu barədə fikir bildirib: “İstəmədim bu iyrənc mövzuya toxunum. Sadəcə, qısa da olsa, gördüklərimi yazmaq istədim.

Bu məsələni gündəmə gətirənlər niyə ölkəmizdəki ayaqyolu qıtlığı haqda heç nə yazmırlar? Niyə unuduruq ki, ölkəmizi görməyə gələn turistin təbii ehtiyacını aradan qaldıracağı hotelindən başqa nə evi, nə iş yeri, nə tanışı, nə də gedəcəyi qohumu var. Turistin etdiyinə haqq qazandırmamaqla yanaşı, bu məsələnin də nəzərə alınmasını istərdim”.

E.Miri xarici ölkələrdə bu cür hallarla dəfələrə qarşılaşdığını bildirib: “İlk dəfə ABŞ-da olanda həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə ilk göstərilən yerlərin ayaqyolu olan otaqlar olması mənə təəccüblü gəlmişdi. Biz isə ayıb kimi baxıb, bu haqda danışmır və yazmırıq. Londonun mərkəzi meydanında axşam saatlarında içkili bir xanımın hər kəsin ortasında təbii ehtiyacını ödədiyini gördükdə, sadəcə, oradan uzaqlaşdıq və həmin hadisənin şəklini çəkməyi ağlımızın ucundan da keçirmədik. Avropanın müxtəlif ölkələrində o qədər bu kimi hallara rast gəlmişəm ki… Bunu da edən ərəblərdir? İndi həmin divarları yeni boya ilə boyayırlar ki, ora dəyən su həmin adamların üstünə sıçrasın.

Hazırda elə binalarımız var ki, oradan keçəndə burnumuzu tutmaq məcburiyyətində qalırıq. Bunu edənlər hansı sivilizasiyanın nümayəndələridir?”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024