Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-04-2017, 13:16)
Köhnə Günəşlinin köhnə zibilliyi: tullantıları gecə maşınlarla boşaldırlar - FOTO

Köhnə Günəşlinin köhnə zibilliyi: tullantıları gecə maşınlarla boşaldırlar - FOTO

 

Bakının Xətai rayonundakı "Köhnə Günəşli" adlanan ərazidə ən mənzərəli hissə böyük zibilliyə çevrilib. Qəsəbənin Səməd bəy Mehmandarov küçəsi boyunca yerləşən zibillik şəhərin mənzərəsini korlamaqla yanaşı, həm də yaxınlıqda yaşayan insanlar üçün təhlükə mənbəyidir.

Burada köhnə divandan, məişət avadanlıqlarından tutmuş, ərzaq qırıntılarına, heyvan içalatına qədər hər şeyə rast gəlmək mümkündür. Zibilliyin daimi sakinləri isə sürü ilə dolaşan sahibsiz itlərdir.

Mediatv.az xəbər verir ki, sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, dəfələrlə müvafiq dövlət orqanlarına bu zibillərin yığışdırılması üçün müraciətlər etsələr də, ərizələri cavabsız qalıb. Həm də bura zibilləri qəsəbə sakinləri tökmür, kimin tökməsindən də xəbərsizdirlər:

 

Köhnə Günəşlinin köhnə zibilliyi: tullantıları gecə maşınlarla boşaldırlar - FOTO

 

"5 ildən yuxarıdır ki, küçənin alt tərəfi nəhəng zibilliyə çevrilib. Biz dəfələrlə şikayət etmişik ki, belə gözəl mənzərəli yeri xarabaya çevirməsinlər. Amma baxan yoxdur. İş orasındadır ki, qəsəbədə zibil yeşikləri var və hər kəs zibili ora atır, bu zibilliyə bir sakin də zibil atmır. Bilmirik, buranı xaraba qoyanlar kimlərdir. Zibilləri gecə xəlvət böyük yük maşınları ilə gətirib tökürlər", - deyə yaxınlıqda yaşayan Əsmət Abdullayeva bildirir.

Sakinlər deyirlər ki, yayda üfunətdən mənzillərinin pəncərəsini aça bilmirlər. Zir-zibil üst-üstə illərlə yığılıb qaldığından, bura həm də ağcaqanadların məskənidir. Digər tərəfdən də sahibsiz küçə itləri zibilliyi dolandığından hava qaralanda bu yolu keçmək təhlükəlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024