Sosial / Slayd (4-07-2015, 23:29)
Hacıbala Abutalıbovun yaşadığı məhəlləni siçovul basıb - Sakinlər kömək istəyir
Bu yazını yazmağa başlayanda ötən əsrin 70-ci illərində populyar olan bir meyxanadan 1-2 misra yadıma düşdü: Bu siçan seri siçan, Basıbdır hər yeri siçan… Bəli, həmin meyxanada deyildiyi kimi, bu gün şəhərin meri Hacıbala Abutalıbovun yaşadığı məhəllədə siçan-siçovul əlindən tərpənmək olmur. Ona görə də naəlac qalan məhəllə sakinləri Qafqaz Xəbər Agentliyinin redaksiyasına müraciət ediblər. Müraciətə imza atan Nəsimi rayonu, Topçubaşov 21 ünvanda yerləşən binanın sakinləri bildirir ki, Bakı şəhərnin meri ilə qonşu olmağımıza baxmayaraq yaşadığımız binanın blokuna daxil ola bilmirik, şıçovullar bloku zəbt edib: “ Dəfələrlə Bakı şəhəri “Sanepidemistansiya”ya müraciət etsək də, şikayətimizə baxan yoxdur. Həyətdəki zibil qutuları vaxtında təmizlənmədiyi üçün siçovillar üçün minbit şərait yaranır”. Şikayətçilər qeyd edir ki, əraziyə baxan 14 saylı JEK-in rəisi Ramin işdən azad olunandan sonra vəziyyət biraz düzəlmişdi, məhəllədə təmizlik işləri görülürdü: “ Ancaq Ramin hansı yollasa yenidən JEK-ə rəis qayıdandan sonra yenə məhəllədə zir-zibil aşıb-daşır, siçovullar isə az qala sakinlərə hücum çəkir”. Əlləri hər yerdən üzülən çarəsiz sakinlər ölkə başçısından kömək istəyir.