Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-03-2017, 16:16)
“ANS-in VARİDATI UĞRUNDA MÜBARİZƏ BAŞLAYIB” – Rəhbərlikdən bəyanat

ANS-LOQO

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb.

Mediatv.az:   Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: «2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir».

Açıqlamada qeyd edilir ki, şirkətin yerləşdiyi ünvanın qapısını hüquq-mühafizə orqanları möhürləyiblər. Möhürün nə vaxt götürüləcəyi bəlli deyil: «Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi – Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxiv başlı-başına qalıb».

45586Sənəd müəllifləri vurğulayırlar ki, xüsusi saxlanma rejiminə ehtiyacı olan arxiv 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdə qalıb: «Bu qiymətsiz xəzinə məhvə sürüklənir».

Bəyanatda həmçinin qeyd edilir ki, hətta xadimələri belə, qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar: «Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik».

Bəyanatın sonunda da televiziya kanallarının ANS-ə məxsus materiallardan icazəsiz istifadə etdiklərini bildirilir. Bununla Azərbaycanın və beynəlxalq qanunların bütün gücündən istifadə edərək mübarizə aparılacağı vurğulanır (azadliq.org).

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024