Karusel (28-04-2014, 13:28)
Jurnalist Araşdırma Mərkəzindən döyülən jurnalistə dəstək
«Fərahim İlqaroğlunu döyənlər dərhal tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar»
Jurnalist Araşdırma Mərkəzi (JAM) Ötən həftə naməlum şəxslər tərəfindən döyülən jurnalist Fərahim İlqaroğlu ilə bağlı bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, son illər ölkə mətbuatında çalışan qələm əhlinə qarşı aqressiyanın artması, onların fiziki və mənəvi təzyiqlərə məruz qalması təhlükəli şəkil alıb.
Qeyd edilir ki, «Yeni Müsavat» qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi də həmin məqsədyönül prosesin tərkib hissəsidir. «Jurnalist Araşdırma Mərkəzi jurnalistlərin bu şəkildə cəzalandırılmasının artıq təhlükəli səviyyəyə çatdığını bildirir və bundan narahat olduğunu vurğulayır. Təşkilat olaraq Fərahim İlşqaroğlunun fiziki işgəncələrə məruz qoyanların tapılaraq, ədalət qarşısında cavab vermələrini tələb edirik».
JAM-ın bəyanatında vurğulanır ki, hadisənin videogörüntüləri ortalıqdadır və müvafiq dövlət qurumları dərhal məsələni araşdıraraq, real nəticələrlə bağlı ictimaiyyətə məlumat verməlidirlər. «Bu artıq açıq şəkildə azad mətbuata basqıdır. Ortalıqda videogörüntülər var və hadisəni töərədən şəxsin kimliyini müəyyən etmək də elə çətin iş deyil. Lakin bəlli olan odur ki, Fərahim İlqaroğlunu döyənlər hələ də tapılmayıb və müvafiq dövlət qurumları bununla bağlı ləng hərəkət etməkdədirlər. Jurnalist Araşdırma Mərkəzi olaraq hüquq mühafizə orqanlarından tələb edirik ki, hadisə dərhal araşdırılmalı və cinayətkar həbs olunmalıdır».
JAM ümid edir ki, baş vermiş hadisəni araşdıran müvafiq dövlət qurumları tezliklə nəticə əldə edəcək. «Umid edirik ki, Fərahim İlqaroğlunu döyən şəxslər tezliklə tapılacaq. Bu hadisənin üzərinin açılması, həm də bu şəkildə mətbuat işçilərini cəzalandırmaq niyyətində olanlara tutarlı cavab olacaq. Hesab edirik ki, «Yeni Müsavat»ın əməkdaşının başına gətirilənlərin aqibəti bundan öncə üzəri açılmayan cinayətlərlə eyni olmamalıdır»
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024