Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-02-2017, 12:07)
Bakı Slavyan Universitetində dövr dəyişir

Azərbaycanın ən köklü ali təhsil ocaqlarından biri – Bakı Slavyan Universiteti (BSU) son zamanlar sözün həqiqi mənasında yeni çiçəklənmə dövrünü yaşayır.

Aydın görünür ki, 17 il öncə M.F.Axundov adına Azərbaycan Rus dil və Ədəbiyyatı İnstitutunun  bazasında yaradılmış bu dövlət təhsil müəssisəsi artıq əvvəlki şöhrətini geri qaytarmağa hazırdır.

Təhsil Nazirinin müşaviri,filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyin edilməsi ilə bu ali təhsil ocağı üçün sanki “ikinci nəfəs” açılıb və BSU-nin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu artıq hər kəs dilə gətirir.

Nurlana xanımın adı Azərbaycanın geniş ictimaiyyətinə həm alim, həm də ictimai-siyasi xadim kimi çoxdan, həm də çox yaxşı məlumdur. O, eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, bununla bərabər partiyanın Qadınlar Şurasının sədri kimi ölkəmizin ictimai-siyasi həyatında uzun müddətdir yaxından iştirak edir.

Nurlana xanımın BSU-nun rektoru postuna təyin edilməsi bütün bunları nəzərə aldıqda gözlənilməz olmadığı kimi, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra gördüyü müsbət işlər də heç kim üçün gözlənilməz deyil. Çünki onun həm elmi, həm ictimai-siyasi fəaliyyəti, illərlə topladığı təcrübə rektor təyin olunmasının Bakı Slavyan Universitetinin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirməyə kifayət qədər əsaslar yaradırdı.

Necə ki, məhz belə də oldu.

İlk növbədə ciddi maliyyə çətinlikləri ilə üzləşən BSU-nun məhz bu problemini dəf etməyi qarşısına məqsəd kimi qoyan Nurlana xanımın artıq buna nail olmaq istiqamətində böyük məsafə qət etdiyini söyləmək olar. Elə Bakı Slavyan Universitetində son aylarda həyata keçirilən müasir dzayn və yüksək keyfiyyətlə aparılmış təmir-tikinti,bərpa işləri də bu dediklərimizin bariz nümunəsidir.

Açıq görünür ki, yeni rektor qarşıya iki mühüm hədəf qoyub: Bakı Slavyan Universitetini həm zahiri görkəm, həm daxili məzmun etibari ilə yeniləşdirmək!

Bir tərəfdən bu şanlı ali təhsil müəssisəsində yenidənqurma işləri aparılır, universitetin həm zahiri görkəmi, həm də maddi texniki bazası yenilənir, müasir dövrün tələblərinə cavab verəcək səviyyəyə gətirilir. 

Təkcə onu demək kifayətdir ki, məhz Nurlana xanımın böyük zəhməti hesabına BSU-nin yeniləşən akt zalı, təkcə bu ali təhsil ocağının deyil, ümumrayon tədbirlərinin keçirildiyi məkana çevrilib.

Digər tərəfdən isə universitetdə təhsilin səviyyəsi yüksəldilir. Artıq BSU-da həm pedaqoji kontingent, həm də tələbələr üzərlərinə düşən vəzifəni yaxşı dərk edirlər. İstər müəllimlər, istərsə də tələbələr, rəsmi və ya qeyri-rəsmi atmosferdə belə, yüksək əhval ruhiyyə ilə bəyan edirlər ki, Bakı Slavyan Universitetində yeni təhsil mühiti yaranıb. Bu isə qısa vaxtda həm BSU-nin peşəkar kadr hazırlığı baxımından, həm də öz adını yalnız Azərbaycanın deyil, regionun və dünyanın ən nüfuzlu ali təhsil ocaqları sırasına yazdırması nöqteyi-nəzərindən misilsiz uğurlar qazanacağının müjdəsidir.

Açıq etiraf etmək lazımdır ki, bir zamanlar hətta keçmiş SSRİ miqyasında tanınmış, qabaqcıl ali təhsil müəssisəsi kimi adından bəhs etdirən BSU, son illərdə ürəkaçan vəziyyətdə deyildi. Sanki kimlərsə və bilərəkdən bu şanlı keçmişə malik universiteti həm maddi-texniki, həm də normal təhsil mühiti baxımından çətin duruma salmış, bəlkə də bununla nəyə görəsə BSU-nun adının arxivləşdirilməsini, onun fəaliyyətinə artıq ehtiyac olmadığı görünütüsü yaradaraq, bununla ləğvini hədəfləmişdi.

Amma universitetə yeni rektor təyinatı ilə BSU üçün qarşıda yeni üfüqlər açıldı və o, özünün əvvəlki şöhrətini qaytarmaq yolunda inamla irəliləyir.

Bununla belə, o da maraqlıdır ki, özündən sonra universitetə hətta normal akt zalı belə buraxmayan köhnə rəhbərliyin fəaliyyəti ilə bağlı susqunluq nümayiş etdirənlər, nə hikmətdirsə, BSU-nun yeni rəhbərliyinə qarşı kirli qarayaxma kampaniyasını böyük həvəslə aparırlar. Halbuki Slavyan Universitetinin simasının, özü də çox qısa zaman ərzində bütün istiqamətlərdə müsbətə doğru necə dəyişdiyini görməmək üçün görmə qabiliyyətindən məhrum olmaq lazımdır. Əlbəttə, belə “qara piar” kampaniyalarının haradan, kimlər tərəfindən aparıldığını bilmək, ya da təxmin etmək çətin deyil.

Ancaq sevindirici haldır ki, universitetlə bağlı hər xırda məsələdən “fil” düzəltməyə çalışaraq, BSU rəhbərliyi barədə yalan və böhtan istehsal etməyə çalışanların niyyəti gözlərində qalır, ictimaiyyət bu cür qarayaxmalara qarşı ya gülüb keçir, ya da bunlara ümumiyyətlə əhəmiyyət vermir. Elə bir müddət əvvəl Milli Qəhrəman Məhəmməd Həsənovla bağlı baş verən anlaşılmazlığı, üstəlik, universitet rəhbərliyinin ən kiçik günahı və məsuliyyəti olmadan şişirdərək, bundan Nurlana Əliyevanın fəaliyyətinə kölgə salmaq üçün fürsət kimi yararlanmağa çalışanları xatırlayaq. Onlar necə də miskin görünürdülər! Hiss olunurdu ki, suda boğulan saman çöpündən yapışan kimi, belələri də xırda bir anlaşılmazlıqdan mədət umurdular.

Atalar yaxşı deyib: “Elin gözü tərəzidir”. Xalq kimin kim olduğunu bilir. BSU-nin son zamanlarda hansı sürətlə yeniləşdiyini, çiçəkləndiyini görür, bu yeniləşmənin, çiçəklənmənin isə kimləri narahat etdiyini anlayır. Elə ona görə də bəzilərinin “qara piar” məqsədilə istifadə etməyə çalışdıqları bu yalan, böhtan kampaniyası ayaq açsa da yerimədi. Bundan sonra yeriməyəcəyinə də şübhə yoxdur.

Sevindirici haldır ki, Nurlana xanımın rəhbərliyi altında BSU, könül bulandırmağa çalışanların olmasına baxmayaraq, öz inkişaf yolunda mətin addımlarla irəliləməkdədir.

Slavyan Universiteti qış semestr imtahanlarını arxada qoyub və bu gün ali təhsil ocağının istər pedaqoji, istərsə də tələbə kontingenti BSU-da sonuncu dəfə belə şəffaf, obyektiv, yalnız biliyin meyar kimi götürüldüyü imtahan prosesinin nə vaxt baş tutduğunu xatırlamadıqlarını deyirlər.

Tam əminliklə demək olar ki,Bakı Slavyan Universitetinin bu semestr imtahanları təcrübəsi Azərbaycanda bir çoxlarına nümunə təşkil edə bilər.

Hər bir halda BSU-nin öz əvvəlki şöhrətini qaytarmağa başlaması, müstəqil Azərbaycanın ali təhsil sistemində varlığını ortaya qoymağa başlaması sevindiricidir. Bu çətin, amma şərrəfli işdə Nurlana xanıma və komandasına uğurlar arzulayırıq. Eyni zamanda cəmiyyətimizin, o cümlədən mediamızın sağlam qüvvələrinin Bakı Slavyan Universitetinin dirçəlişinə hər cür dəstək verəcəyi də birmənalıdır.

Əsla şübhə yoxdur ki, BSU ən qısa zamanda bir təhsil və elm ocağı kimi yenidən parlayaraq, ölkəmizə peşəkar, yeni dövrün tələbləri səviyyəsində yetişmiş yüksək bilik və bacarığa malik mütəxəssislər bəxş etməklə bərabər, Azərbaycanımızı dünyanın ən yaxşı ali məktəbləri sırasında da layiqincə təmsil edəcəkdir!

Azər Abdul.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024