Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-06-2016, 13:32)
Mikayıl Cabbarov BDU-nu nəzarətə götürmək istəyir - ŞOK İDDİA

Təhsil naziri bütün səylərini Abel Məhərrəmovu devirməyə yönəldib

Mediatv.az xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetini (BDU) nəzarətə götürmək istəyir. “Azadlıq”a daxil olan məlumata görə, təhsil naziri bütün səylərini Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılmasına yönəldib.

Məlumat üçün deyək ki, Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra bir neçə ali təhsil ocağını nəzarətə götürə bilib. Bu sırada Iqtisad Universitetini, Slavyan Dilləri Universitetini və Pedaqoji Universiteti göstərmək olar. Iqtisad Universitetinin yeni rektoru Ədalət Muradov Iqtisadi Inkişaf Nazirliyində Mikayıl Cabbarovla işləyib. Slavyan Dilləri Universitetinin rektoru Nurlana Əliyeva və Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da Mikayıl Cabbarova yaxın şəxsdir.

Məlumatda bildirilir ki, Abel Məhərrəmovu yerindən tərpətmək təhsil naziri üçün o qədər də asan deyil. Abel Məhərrəmov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə arxayındır. Hazırda universitet faktiki olaraq PA rəhbərinin nəzarətindədir. Deməli, Mikayıl Cabbarov istəyini reallaşdırmaq üçün Ramiz Mehdiyevlə üz-üzə gəlməli olacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025