Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (19-12-2016, 13:10)
XOCA FƏTULLAH GÜLƏNİN 16-CI FƏTVASI:“RÖVŞƏN LƏNKƏRANSKİ ÖLDÜRÜLSÜN...”

 

XOCA FƏTULLAH GÜLƏNİN 16-CI FƏTVASI:

 

 

ABŞ MKİ-nin Azərbaycana qarşı “Darül-Səlam” planı:Şeyxə qarşı planlar

 

Mediatv.az: Ötən yazımdan – Prezidentə açıq məktubumdan sonra, yüzlərlə telefon zəngi, rəy və təkliflər aldım. Ən yaxşı dəyərlərdən biri bu oldu ki, xeberinfo.com saytı vasitəsiylə Cənab Prezidentə ünvanlanmış çox ciddi və ətraflı məzmuna malik məktubu şəxsən özü də oxudu. Üstəgəl Türkiyənin Bakıya təşrif buyurmuş Xİ naziri Çavuşoğlu tərəfindən də maraqla qarşılandı və o, İ.Əliyev cənablarına Fətullah Gülən terroruna qarşı barışmaz mövqedə dayandığına görə təşəkkür etdi.

Məktuba gəlincə Cənab Prezidentin qeyd etdiyi kimi, “...bu mənə ünvanlanmış məktublar cərgəsində ən qiymətli və dəyərli strateji məktublardan biridir. İstərdim bütün məmurlar oxusun və hər kəs öz payını götürsün... strategiyasını, taktikasını dəyişsin...” ifadələri mənim üçün maraqlıdır. Yə yaxud “Yeni şəfəq” (Türkiyə) qəzetinin oxucuları qəzet redaktorundan tələb ediblər ki, həmin yazını çap etsinlər. (765 oxucunun 147 nəfəri MİT-in əməkdaşı, 236 nəfəri türk SQ general və zabitləri... 104 nəfəri alim və tədqiqatçı... olub.) Mənə isə Türkiyəyə gəlməyi, burada – yəni Azərbaycanda Fətullah Gülənçilərin arasında yaşamamağı, işləməməyi məsləhət bildilər.

Yox, cənablar! İndiyədək çox dəvətlər almışam. Amma bu diyardan kənar heç nəyim yoxdur. Mənim nə günahım oldu ki, anam məni bu diyarda dünyaya gətirdi, bu diyarda doğuldum. Amma təhlilə görə mənim kimilər bu diyarda doğulmamalı... Ulu Öndərdən sonra bu diyarda yaşamamalı idilər. Ən azından ucqar bir kəndə çəkilməli idilər.

Bir heyvərə iş adamı Azərbaycanın varını dövlətini Londona süpürüb aparıb, oranın bank hesablarına yatırıb... Xoca Fətullah Gülənin büstünə qızıldan üzlük çəkərək, Bakıdakı adamlara hədə biçir ki, oğlum xaricdə təhsil alıb Bakıya qayıdır. Ona vəzifə verin... Kişi mənə söz verdi... Kişi?.. Hansı kişi?.. Şübhəsiz söhbət Fətullah “kişi”dən gedir... Şəxsən mən mötəbər bir məktəbdə onun oğlunu imtahan elədim. Bu adamın Azərbaycandan anlayışı yoxdur. O bilmir ki, ölkənin baş naziri kimdir. O Parlamentin spikerini tanımır. Amma o bilir ki, onun təhsil aldığı xarici ölkədə kimin neçə villası, bankı, fahişəxanası, pivəxanası, barı və kazinosu var. Heç bir nazirin adını, soyadını bilmir. Tanıdığı bir nazir varsa o da MN-mizdir, vəssəlam. Rusiyanın mərkəzi telekanallarından birində çalışan Şuşan Minasyanın bacısına nişan taxan bu adam, torpağımızın hansı hissəsi əldən gedib, onu da bilmir. Arzusu, istəyi Azərbaycan QHT başçı olmaqdır. Çünki söz veriblər... Bir az ötəcək Bakı Yerevan arasında Gülən gediş-gəliş, dostluq körpüsü qurulandan sonra həmin şəxs Dağlıq Qarabağda vilayət başçısı olacaq.

Görək xarici ölkələrdə Xoca Fətullahın pulu ilə təhsil alan kimlər gələcək Bakıya?..

Amma gözəl bir tarixi ənənə var. Məsələn Yaponiya kimi ölkədə kənarda təhsil alıb vətənə dönən kim olur-olsun ona dövlətin strateji mərkəzində və obyektində iş verilmir. Bizdə isə tamam əksinədir. Bu gün Azərbaycanın ən ciddi strateji, ölkənin tale yüklü mərkəzlərində işləyənlərin 85 faizi xaricdəki və yaxud Bakıdakı Gülən məktəblərinin yetirmələridir.Millətin mənəvi və əxlaqi dəyərlərindən uzaq, zombiləşmiş, beyin hüceyrələri şikəst olmuş adamlardır. Və harada boşluq varsa, Fətullah terroru oradadır. O, özünü Xoca Fətullah Gülənin qurduğu, lakin hələlik gözləmə mövqeyinə çəkilmiş Paralel Respublikasının ən sadiq nökərlərindən biri hesab edir...

Məhz bu yatmışları oyatmaq üçün Fətullah Gülənin ildə iki milyon dollar verdiyi ənamla hər gün “Oyan, Azərbaycan” qışqıran Xəzər TV-ni anlamaq istədim. Bu TV kanal yarandığı gündən qışqırır: “Oyan, Azərbaycan”... Kimə qarşı oyanmalıdır bu əlsiz, ayaqsız millət? Nə istəyirsiniz? Məgər siz və sizin qırmızıyanaq dəstəniz pozmadımı bu milləti? Məgər sizin Xoca Fətullahdan maliyyələşən bədnam, xalqı və milləti təhqir edən, onun Azərbaycanlı olmağına lağ edib, onu ələ salan... layihə-proqramlarınız, şou-kabab və manqallarınızın acı tüstüsü, əxlaqsız ədalarınız... olmadımı? Çəkilin gedin! Ləyaqətsiz və şərəfsiz verilişlər aşılayan qələmlərinizi, mikrofonlarınızı, ənlik-kirşanlarınızı, olmayan allı-güllü aftafalarınızı da götürüb Pensilvaniyaya gedin... Xocanızın yanına gedin. Sizin heç birinizin haqqı yoxdur, bu ölkənin qurulmasından, yaşamasından danışasız. Çıxın gedin. Arzusunda olduğunuz Paralel Respublikanızı da götürüb çıxın gedin.

Məlumata görə ABŞ prezidenti D.Tramp keçmiş İttifaq Respublikalarının hər birindən bir müşavir seçib. Dissident müşavirlər cərgəsində Azərbaycanlı Rəsul Quliyevin də adı hallanır... Maraqlıdır ki, müşavirlər o şəxslər olacaq ki, onlar məhz Xoca Fətullah Gülənlə sıx dostluq və maliyyə əlaqələrinə malikdir. Olsun... Görünür Fətullah Gülənçilərin bu gözləməsinə görə bəzi Gülənçilər hələlik özlərini sərbəst hiss edirlər və gözləmə mövqeyindədirlər.

XOCA FƏTULLAH GÜLƏNİN 16-CI FƏTVASI:

Azərbaycan 25 ildir müharibə ilə üz-üzə dayanıb. Mənə bir general nişan verin ki, o, cəbhənin hansı xəttindəsə əsgərə səngər qazılmasında yoldaşlıq edib. Amma baxın, bədnam Gülən və Ermənistanın eks-prezidenti R.Köçəryan işğal olunmuş Azərbaycan torpaqlarında əsgərlərə qoşulub səngər qazır. Bu mənzərəni də ermənilər Poçt Markası şəklində dünyaya yayır. Terrorçu Fətullah Gülənin Azərbaycandakı bazarı hələ dağıdılmayıb. Məlumata görə Bakıda səfərdə olan Çavuşoğlu Fətullahçıların Azərbaycanın təhsil sisteminə bir başa Təhsil Nazirliyinə, onun Şəmkir, Qazax, Ağstafa, Tovuz, Bakı və onun rayonlarının təhsil şəbəkəsinə, elmi-tədqiqat institutlarına, təhlükəsizlik, hüquq-mühafizə sisteminə, ordu sıralarına... şirkətlərə, nazirliklərə, dövlət və hökumət strukturlarına soxulmuş və orada özlərinə yuva qurmuş Paralel Respublikanını “yaradıcıları”na... qarşı mübarizəni genişləndirməyi xahiş edib, ölkə başçısına baş verə biləcək FETÖ terrorunun növbəti planlarından bəhs edib.

Türkiyə nəşriyyatları artıq ABŞ MKİ-nin “Fətullah Gülən dəstəsi... Azərbaycanda” adlı kitabların çapına dəstək verdi. Bu kitablarda kimlər yoxdur... Siz burada bir yığın Fətullahçının Ulu Öndərin qurduğu Müstəqil Azərbaycanı məhv etmək üçün Xoca Gülənə and içmələrinin şahidi olacaqsınız. Ona da şübhə etmirəm ki, bu adamlar kitablarından qabaq, qorxaraq ölkəni tərk etsinlər... Amma hara? Xoca Fətullah Gülənin “sürüsü”nə qoşulan bu adamlar müasir Azərbaycan tarixi üçün pozulmaz ləkə olaraq qalır... Dünyanın 20-yə yaxın dövləti rəsmi olaraq Xoca Fətullah Gülənin “Camaatı”nı Beynəlxal terrorun bir qolu kimi tanıyır. Onun terroru daha ağırdır. O, gözəgörünməz terroru ilə həm insanların mənəvi-psixoloji durumunu məhv edir, onu doğulduğu yerdən, obadan təcrid edir, vətən, millət, torpaq, ailə... anlayışlarını iflic hala salıb, onu düşünməyə qoymur.

Xoca Fətullah Gülənin 2000-ci illərdə Azərbaycan üçün ayırdığı humanitar yardımdan sonra... təkcə Bakıda min nəfər azyaşlı oğlan və qız uşağı “Diffektologiya” xəstəliyinə tutuldu. Əksər uşaqlar ana bətnində ikən bu xəstəliyə yoluxdu... Amma insanların dünyaya gələn “Parabeyin” övladlarından heç kəsin xəbəri olmadı. Hələ ağlasığmaz faciələrə səbəb olan bu genetik terrorun başında məhz Xoca Fətullah Gülən və onu “Camaat”ı dayanır. Düşünürəm, bəs nəyə görə Ərdoğan əfəndi Türkiyədəki Gülhanə hospitalındakı Gülənçiləri təmizləmədi? Cavab hələ də yoxdu. Baxın, görün oradan kimlər keçdi: Turqut Özal, Əbülfəz Elçibəy, Heydər Əliyev... və s. Gülhanədə itirdiyimiz bu şəxslərlə bağlı hansı açıqlamaları oxuduq?.. Nəyə görə bu sənədlər ABŞ MKİ-nə gedib çıxdı?.. Ə.Elçibəy Gülhanədə sağalmaz bəlaya tutuldu. T.Özalın sümüyünə işləmiş zəhəri bilə-bilə canında saxladılar. Ulu Öndər H.Əliyevin səhhətinə biganə qaldılar.Məlumata görə düzgün müayinə aparmadılar. Əgər ona düzgün müalicə preparatları ayrılsaydı heç olmasa on il artıq yaşaya bilərdi. Amma onun xəstə ömrünü Gülhanədə qırdılar, ölümlə üz-üzə qoydular.

Yenidən Türkiyəyə bir də baxaq. Son 19 ayda bu diyarda irili-xırdalı 52 terror hadisəsi baş verdi. Bu terror hadisələrinin hər birinin arasında 11 gün fərq var. Bu təsadüfi haldır yoxsa? Türk MİT-ı bugünə qədər bu məsələdən xəbərsizdir. Və yaxud Xəzərin Azərbaycan sektorunda iki il ardıcıl olaraq dekabrın birinci ongünlüyündə amansız faciə baş verir, insanlar kütləvi şəkildə qırılır, dənizdə batırlar, tələf olurlar. Belə bir faktın üzərində düşünsək dekabra Bakı-Tbilisi-Ceyhan neft kontraktına imza atan Ulu Öndərin vəfatının anım günü təsadüf edir.

Görünür gələn il dekabrda da belə bir hadisə baş versin. Bu təsadüfdür yoxsa?

Yadınıza salım ki, Xoca Fətullah Gülən okeanın o tayından Azərbaycan neftçilərinə belə bir mesaj göndərmişdi: “Mən sizi hissə-hissə dənizə töküb batıracam”.

ABŞ MKİ-nin Lenqli ərazisindəki hərbi-sənaye kompleksində hazırlanmış və bizim əsasən doğum evlərimizdə, məscidlərdə... əlçatmaz ucqarlarda BMT-nin yardım proqramı çərçivəsində paylanan bu şirin zəhərin “Diffektologiya” faciəsini biz üzümüzə gələn illərdə daha ağır şəkildə hiss edəcəyik. Vay bu millətin halına...

Bir müddətdən sonra ata oğlu, oğul ananı... ana övladlarını tanımayacaq. Məsələn biz Qırğızıstan və yaxud Özbəkistan faciəsini yaşamağa məcbur olacağıq... Məsələn Qırğızıstan Təhlükəsizlik Nazirliyinin əlinə keçən MKİ-nin hesabatlarından məlum olub ki, ölkə gəncliyinin – yeni nəslin təqribən 70 faizi “Parabeyin” – “Diffektologiya” bəlasına düçar olub. Vəzifələrə təyin olunan, parlamentdə təmsil olunanların təqribən 50-55 faizi “Diffektologiya” əzablarını yaşayır. Nəticədə ölkə bu xaosdan yaxa qurtarmaq üçün üzünü Rusiyaya çevirdi, Kremldən imdad dilədi... Təhlillərə görə Qırğızıstanda Xoca Fətullah Gülənin maliyyə dəstəyi və anti-qırğız konsepsiyaları ilə iş görən 34 QHT-nın başçıları artıq həbs olunub.

Mən təəssüf edirəm. Məlumata görə Xoca Fətullah Gülənin “Nur”çu məktəblərində təhsil alan uşaqların əksəriyyəti bu gün “Diffektologiya” xəstəliyindən əziyyət çəkir. Yaşadığımız cəmiyyətdə hər şey mümkündür. Əl-ələ, baş-başa verib düşünmək yaxşı olardı. İmkan vermək olmaz ki, “Nur”çu məktəblərindən çıxan “Parabeyin”lər sabahkı Azərbaycanda meydan sulasınlar. Belə olarsa onda bilin ki, millətin Ulu Öndər Heydər Əliyevin arzuladığı gəncliyin ölən günü, həyatımızın sönən çağı yaxınlaşır... Mən bu düşüncələrimdə səhv edirəm deyəsən.

Lənkəranda gördüyüm və yaxud qarşılaşdığım izdivac, milyonların axını fikirlərimi çaşdırdı və bu yöndə daha ağıllı və daha ciddi düşünməmi istədi... Rövşən Lənkəranskinin ölüm zolağına nəzər salaq. Mən dəfndə iştirak edənlərə “millətin, xalqın ucu-bucağı görünməyən hissəsi” deyirəm. Demək hələ ölməmişik və Xoca Fətullah Gülən kimiləri məhv etməyə, onun taxt-tacını başına çevirməyə gücumüz catar. Rövşən Lənkəranskinin dəfn səhnəsi onu göstərdi artıq... Və maraqlısı bu idi ki, bu dəfn mərasiminə güclülər də qoşuldu. Çünki məcbur oldular. Ona görə məcbur oldular ki, onlar artıq dərk etdilər ki, coşan xalqın, millətin sərhədi bilinmir...

Cənub zonası yeganə yerdir ki, ora Xoca Fətullah Gülənin nəfəsi terror məktəbləri ayaq aça bilmədi. Yeganə zolaqdır ki ora Əbdül Vəhabın yetimləri cəhd edib girə bilmədilər. Amma bundan sonra həm Gülən “Camaat”ı, həm də balağı batmış Vəhabilər rahatlıqla Cənub zonasına soxula biləcəklər. Onların bu istiqamətdə işləmələri üçün ABŞ MKİ tərəfindən işlənmiş strategiya və taktikaları var. Bütün onların Cənub zonasında Paralel Respublikanın bundan sonra özəklərinə rəvac veriləcək. Ancaq hələlik pərdə arxasında. Dəfndən sonra məlumata görə bu məsələ Gülən Camaatının kiçik qrupu çərçivəsində uşaq bağçalarının birində müzakirə olunub. Dəfn mərasimində iştirak edənlərin içərisində həm ABŞ-ın, həm Fransanın, həm İngiltərənin həm də başqa bir neçə diplomatik kanalların nümayəndələri iştirak edib. Xarici diplomatlar. Bu mərasimə qoşulmuş milyonlarla insanın içərisində özlərinə tərəfdaş axtarmaqla hər şeyi müşahidə obyektinə çevirdilər. Və xarici diplomatlar belə bir sual qoydular; bu dəfnə qoşulmuş insanlardan hansı qrup zaman gələndə onlara əl uzada bilər? Amma onlar unudurlar ki, Cənub heç kəsin çalğısına oynamır... Dəfnə gələn milyonlarla kütləyə nə ad qoyaq? Xalqın dövlətdən küsən hissəsi kimi baxa bilərikmi? Xeyr. Bu xalqın canlı, nizam intizamla qəbristanlığa doğru düzülmüş, ağlı başında olan hissəsidir. Ona toxunmaq olmaz. Sadəcə onu zamana və dövr üçün uyğun nizama salmaq lazımdır. Mənə elə gəlir ki, qurduğumuz dövləti də ən çətin və gərgin anlarda qoruyan elə bu insanlar olacaq. Bəziləri düşünür ki, Rövşən Lənkəranskinin dəfninə nə üçün bu qədər adam gəldi? Hətta məktəblər də bağlanıldı. Lənkəran limanında bir neçə gəmi siqnalını da əsirgəmədi... Səbəb? Hardandı bu məhəbbət? Hardandı bu sevgi, istək?

Rövşən Lənkəranski Beynəlxalq Terrorun “Qara qovluğunda” terror dəstəsi kimi təstiq olumnuş FETÖ Camaatı ilə Cənub Camaatı arasında keçilməz sədd idi. Məhz buna görəmi Cənubda nə Vəhabi, nə də Gülən məktəbləri oldu?.. Bizim bilmədiyimiz şeylər var. Məsələn Türkiyəyə satılmaq üçün aparılan 13 azyaşlı azərbaycanlı qızı ölkənin Zürafə məhəlləsindəki fahişəxanalardan məhz o azad etdirmişdi, vətənə yola saldırmışdı. Məlumata görə xarici ölkələrdə (Yaponiya, Çin, Filippin, Türkiyə, RF, İran, İngiltərə, Fransa, Almaniya...) Dağlıq Qarabağla əlaqədar 28 kitabın nəşrinin maliyyəsi onun adıyla bağlıdır. Nə üçün susubsuz? Bir milyonçu nişan verin ki, göstərin ki, belə bir addım atıb. Rövşən Lənkəranski vurulan gecə onun qaldığı hotelin təqribən 100 addımlığındakı erməni konsulluğunda əsl kef məclisi qurulmuşdu. Türk polisi isə susurdu. Sizdən açıqlama istəyirik, cənab “bir millət, iki dövlət”in nümayəndələri. Orada daha kimlər olub? Azərbaycanın seçilib-sayılmış şəxslərindən daha kimlərə fətva verildi?.. Ümumiyyətlə Rövşən Lənkəranskinin qətli, Azərbaycan üçün, onun igid övladları üçün. (Rövşən Lənkəranski də bir cür igid idi. O, heç kəsin başını kəsməyib. O, baş kəsənlərin başını kəsib).

Xoca Fətullah Gülənin Azərbaycanla bağlı 44 fətvasından... bu 16-cısı idi. Təəssüf ki, bütün bunlar araşdırılmadan qalır...

Rövşən Lənkəranskiyə sual verəndə ki, (İran, Tehran radiosu, 2003-cü il, avqustun 14-ü) Siz nə üçün Prezident Heydər Əliyevi sevirsiniz?.. o isə cavabında görün nə deyib: - Mən ona görə Prezidentimə vurğunam ki, şəxsən o, dağılmaqda, parçalanmaqda davam edən Lənkəranımı viran qalmaqdan qorudu... O mənim ana yurdumu xilas elədi.

O, Xoca Fətullah Gülənin terrorla məşğul olan “Camaat”ını Cənub zonasına buraxmadı. İndi artıq çəpər götürüldü. Cənub zonası Xoca Fətullah Gülən üçün Açıq Qapıya çevrildi. Ulu Öndər Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycana qarşı Xoca Fətullah Gülənin ABŞ MKİ-nin strategiyasına uyğun Paralel Azərbaycan Respublikası qurularaq, tamamlanacaq. MKİ-nin bu ideyasına qarşı Bakı susdu... Qafqaz Müsəlmanları İdarəsi heç bir ideya irəli sürə bilmədi. Şeyxülislam Allahşükür Paşazadə faktiki olaraq təkləndi. Cənub zonası ilə üz-üzə qaldı. Bu elə bir vaxta düşdü ki, Azərbaycanda yeni bir ideologiya – Azərbaycançılıq ideologiyası formalaşırdı. O da, bu gün - əsasən Türkiyə hadisələrindən sonra yarımçıq qaldı. Fikirsiz, düşüncəsi özündə olmayan hər hansı bir ölkənin sabahkı taleyi müammalı olaraq qalır.

Bu gün bizim içtimai-siyasi həyatın bütün sahələrində atdığımız ölçülüb-biçilməmiş hər hansı bir addım xaricdə “Anti-Azərbaycan”, “Anti-Əliyev” dəstələrinin, qrup və təşkilatların birləşməsinə səbəb oldu. Bu məsələdə artıq Soros Fondunu Xoca Fətullah Gülənin “Camaatı” əvəz etdi və onlar daha aktiv oldu. Fikrimizcə Azərbaycana qarşı nə qədər güclənsələr də, birləşsələr də “Əliyev Azərbaycanı” önündə aciz olaraq qalır. Çünki Ulu Öndər bu Müstəqil Azərbaycanı tək başına qurmayıb... O, bu ölkəni qurarkən xalqın düşünən beyninə, millətin qürur və əqidəsinə, vuran əlinə, döyüşən ruhuna arxalanıb qurub.

Məlumata görə xaricdə Müstəqil Azərbaycana qarşı vahid bir güc mərkəzi formalaşır. Mən soruşuram: cənablar, xarici ölkələrdə Müstəqil Azərbaycana qarşı neçə güc mərkəzi mövcuddur və onlar hansı səlahiyyət çərçivəsində iş görür?..

XOCA FƏTULLAH GÜLƏNİN 16-CI FƏTVASI:

Mən anlamıram bu adamlar nə istəyirlər. Bizim xarici ölkələrdə Xoca Fətullah Gülənin maliyyə dəstəyi ilə formalaşan anti-Azərbaycan güc mərkəzləri ilə bağlı xüsusi tədqiqatımız və araşdırmamız var. (Ulu Öndər Heydər Əliyevin çörəyi sizə haram olsun...).  Bəs siz nə gözləyirsiniz Cənab Prezident? Siz kimi gözləyirsiniz? Əlləri Xoca Fətullah Gülənin ətəyində və yaxud pul kisəsində ilişib qalan, adları, əməlləri məlum olanları hansı zaman məkanında dillərindən tutub divana çəkəcəksiniz? Və yaxud xaricdəki Xoca Fətullah Gülənin anti-Azərbaycan güc mərkəzlərini qorxudan və yaxud dağıdan Rövşən Lənkəranski kimin kisəsindən getdi? Dövlətin, (mənim fikrimə qarşı olanları mən anlayıram) millətin, yoxsa dinimizin, imanımızın. Paradoksa baxın: Hacı Məmmədovu qoruyuruq. Qoruyuruq ki, ona bir şey olmasın. Ola bilsin ki, o sabah da lazım olsun. Rövşən Lənkəranskiləri isə məhv edirik ki, mane olur. Kimə, nəyə? İndiyədək Rövşən Lənkəranski hansı azərbaycanlı balasının (istər yuxarı eşalonda olsun, istər aşağı) ölümündə iştirak edib? Varmı belə fakt? Varsa göstərin, bu millət oxusun. Bu gün də Moskva ətrafında salınmış yetimlər evi onun və onun dostlarının maliyyəsi ilə fəaliyyət göstərir... Amma, faktiki olaraq bizə Xoca Fətullah Gülənin “döşləri”ni əmən adamlar lazımdır ki, sabah anamızı ağlatsın. Ulu Öndərin qurduğu Müstəqil Azərbaycanı dağıdıb, viran qoysun, qəbirlərimizi çevirsin.

Fikrimcə Rövşən Lənkəranski faktoru dövlət üçün çox lazımlı faktor idi. Onun Azərbaycanın və azərbaycanlıların düşməni Xoca Fətullah Gülənə - okeanın o tayına tez çatan... əlləri, qolları var idi. Xatırladım ki, bu gün hər hansı bir dövlətin qorunmasında, saxlanılmasında parlament və prezident seçkilərində “avtoritetlər” söz sahibi olur. Məsələn Türkiyənin prezident seçkilərində - Rəcəb Ərdoğanın təkrar seçkilərində 23 faiz “avtoritet” hökmü olub. Bu rəqəm RF-da V.Putinin təkrar seçkisində 42 faiz, ABŞ prezidenti D.Trampın seçkilərində isə 47 faizdə dayanıb.

Təhlillərimizə görə Xoca Fətullah Gülənin Paralel Respublikasının qurulmasında 50 faizdən artıq əlləri, könülləri, fikir və düşüncələri qan içində olan kriminal (“avtoritet” yox kriminal) şəxslər iştirak edib.

Xoca Fətullah Gülənin bir hiyləgərcəsinə işlənmiş planı da Qafqaz Müsəlmanları İdarəsinə, onun rəhbəri Şeyxülislama  - Hacı Allahşükür Paşazadəyə tuşlanmışdı. Gülən Camaatı çalışırdı ki, nəyin bahasına olursa-olsun, Şeyxülislam seçkili olsun. Müəyyən müddətə qədər seçilsin. Bir müddətdən sonra Şeyxülislam Paşazadəni uzaqlaşdırsınlar. Həmin vəzifəni daimi olaraq Gülən Camaatının bədnam imamlarından birinə (?) tapşırsınlar... Şeyxin yerində ya Vəhabi əyləşməli idi, ya da Gülən Camaatı... Amma hələ ki, heç biri olmadı, heç mümkün də deyil.

Mən ola bilsin ki, Rövşən Lənkəranski ilə bağlı, onu Xoca Fətullah Gülən kimilərinə qarşı Azərbaycanı dağılmaqdan qorumaq naminə atdığı addımlarla bağlı bir kitab hazırlayım. Çünki Cənub zonasının küləyi nə Gilavardı, nə də Xəzri. O küləyin istisi adamı yandırır, soyuğu isə adamın sümüklərini ovub, tökür... Şeyx həzrətləri, Rövşən Lənkəranskidən sonra Cənub məscidlərinə soxulmağa, o yerləri icarəyə götürmək istəyənlərin qarşısını alın...

 

 

 Rövşən Novruzoğlu.

 Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024