Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-12-2016, 15:11)
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə açıq məktub:"mən artıq Paralel Respublikanı görürəm..."

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə açıq məktub:

 

Fətullah Gülənçilər indi yeni proqramlarla ölkənin strateji mərkəzlərində görünməkdədirlər

Mediatv.az xəbər verir ki, Xeberinfo.com-un redaksiyasına tanınmış politoloq, milli təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktubunun surəti daxil olub. Məktubda dövləti və milli maraqlar baxımından yetərincə ciddi sayıla biləcək problemlərdən bəhs olunur. Geniş ictimai marağa səbəb olacağını nəzərə alıb, məktubu olduğu kimi dərc edirik:

 

“Cənab Prezident!

Mən çox da böyük və təmtəraqlı olmayan bir saytın dalğalarında Sizə müraciət edirəm. İndiyədək bu saytda yayılan yazılarımın oxucularının sayı 90 mini, 100 mini keçir. Bu kiçik auditoriya deyil, əlbəttə. İndi də həmin sayt vasitəsiylə Sizə məktub ünvanlamağı qərara aldım. Mən inana bilmirəm ki, Siz bu məktubun üstündən sükutla keçəcəksiniz.

Mən bu məktubu sizə ürək ağrısı ilə yazıram. Çox istəyərdim ki, Siz öz dəyərli vaxtınızdan bir neçə dəqiqə ayırıb bu məktubu oxuyasınız. Onsuz da bu məktubu yüzminlərlə həmvətənlərim oxuyacaq. Lakin hamıdan öncə sizin oxumağınız daha dəyərli olardı. Bu məktubu yazmaya bilməzdim. Ona görə ki, gözüm görə-görə mənə çörək verən Ulu Öndərin min bir əzabla qurduğu, şəhid qanı ilə ucalan Müstəqil Azərbaycan dağılır... Göz görə-görə dağılır. Dağıdanlar gülür, yalandan əl çalır, yalandan tərif deyir... Ancaq dağıdan öz işindədir... O, dağıtmaq missiyasını yerinə yetirir, ustalıqla icra edir. Dağıtmaq üçün yanınızda özünə yer elədi...

Mən Türkiyə səfirliyinin binasından çıxanda, (Fətullah Gülən məsələsiylə bağlı məni Türkiyə səfirliyinə dəvət etmişdilər) yol boyu düşünürdüm. İlham Əliyev Ərdoğan ola bilərmi? Azərbaycana xəyanət edən, onun fikrini, istəyini, arzusunu satan, bayrağımızı, himnimizi... Ulu Öndərin “Azərbaycan” – deyəndə uşaq kimi kövrələrək axıtdığı göz yaşını, inamımızı... təhqir edən, vicdanımızı hərraca çıxarmaq istəyən... insanları bir-bir gözümdən keçirtdim. Səfirlikdə oxuduğum yazıların, baxdığım foto-şəkillərin, tamaşa etdiyim Fətullah Gülənin əllərindən öpüb, boynuna sarılanları... anlamadım. Qarşımdakı foto-şəkillərə baxdıqca, baxdım. Bu adamlar dünənə qədər Ulu Öndərin-atanızın əllərini duz kimi yalayıb, öpərək ona sığınırdılar. Ömürlərindən pay vermək üçün növbəyə dayanırdılar.. Bu gün isə (bunu mənə foto-şəkillər deyir) özlərini bədnam Xoca Fətullah Gülənin qucağına atıblar. Birinci lap həddini aşır: - başını onun sinəsinə qoyub pıçıldayır: (foto-şəkil) “Azərbaycan xalqını xilas edin, Xocam!..” – deyir. Siz kimsiniz cənablar? Sizi bu məmləkət üçün doğan anaları mənə nişan verin. Əsl atanızı, kimin oğlu olduğunuzu göstərin. Bunu göstərməzsiniz. Çünki buna hünər və cəsarət lazımdır. Onu da Fətullah Gülən sərvətiylə əlinizdən aldı, beyninizdəki işığa əl çəkib, spürüb apardı.

Zəndim məni aldatmır. Azərbaycanda Paralel Respublika qurulub. Onu da quran Azərbaycanı, milləti təhqir edən... belini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlayan Fətullah Gülən və onun “Camaatı”dır, yəni Gülən bayrağı altında yığılan zombiləşmiş, varlığı, yoxluğu anlamayan, kötük kimi ölkənin strateji qapılarında dayanan əclaflığı və şərəfsizliyi boynuna götürmüş kəllələri piylənmiş kütlədir.

Bu şərəfsiz, əclaf uşaqları görən nə istəyir? Bəs hanı iqtisadi komandanız? Hanı Sizin ekspertlər qrupunuz? Hanı Sizin siyasi məsləhətçiləriniz? Hanı Sizin Strateji Araşdırmalar Mərkəzləriniz? Kəndlərimizdə, rayon və şəhərlərimizdə... və ən nəhayət Sizə səs verən ailələrdə nələrin baş verməsindən... ağılagəlməz faciələrdən, aclıq və yoxsulluqdan, çəkiləsi mümkün olmayan dərdlərdən, intiharlardan... xəbəriniz varmı? Mən demirəm Siz insanları unudubsuz. Xeyr, Siz ən ucqarlarda bir qarış torpağı olan kəndliyə də pay ayırırsız, yardım edirsiz. Amma bir baxın, görün ayırdığınız o yardımlar çatırmı sahibinə?.. Azərbaycanda bank sektoru iflic olub. Belə vəziyyətdə olan məmləkətlərin Baş Bankiri ən azından özünü öldürüb, sıradan çıxır. Lap Çindəki, İrandakı, RF-dəki, İsveçdəki... kimi. Bizim bankirlərdə o ləyaqət və cəsarət yoxdur. Çünki bu özü də hardasa insanda kişilik tələb edir. Kişi kimi ölmək çətin məsələdir.

Fikrimcə bu gün ölkəni, Ulu Öndərin qurduğu Azərbaycanı öz axarına salmaq üçün ölüm hökmünə qayıtmağınız vacibdir. Qaytarın ölüm hökmünü! Bu gün Azərbaycanda ölüm hökmünə ehtiyac var. Qoy Avropa, Amerika... bizi sevməsin. Belə sevgiyə lənət olsun.

Cənab Prezident! Siz dünyada yeganə dövlət başçısısınız ki, övladlarınız xaricdə təhsil almadı. Sizin milləti sevməyinizə, bu millət yolunda şəhid olmağa hazır olduğunuza heç kəsin şübhəsi yoxdur. Şübhə içində yaşayanlar “Gülən Camaatı”dır...

Nə üçün gizlədək. Bəlkə bir az da açıq danışaq. Bu yaramaz “Gülən Camaat”ı sizi devirmək, (əlimizdə rəsmi, məxfi sənəd var) sizin yerinizə məzhəbi bilinməyən birisini gətirmək... sonra Azərbaycanı Vaşinqtonun qucağına atmaq... saxta İmam Fətullah Gülənin nökərinə çevirmək, yığılmış haram milyonlara, sərhədsiz mülklərə sahib çıxmaq. Fətullah Gülən onlar üçün şərəfsizliyi, nakişiliyi təsdiq edən bir möhür olaraq qalır.

Azərbaycanı devirmək, sizi hakimiyyətdən salmaq, Ulu Öndərin inqilabi ənənələrini sarsıdıb, ona xəyanət etmək üçün... adamlar da var, resurslar da var, qazılmış və hələ qazılmamış səngər də var, əllərini göyə qaldırıb Okeanın o tayından gələn qanlı əmrlərə müntəzir olanlar da var... Kimi irəli çəkirsiz, elə bilir dünyanın sonudur... oranı dağıdıb, viran qoyur...

Mənə elə gəlir ki, Siz bütün bunları həm hiss edirsiniz, həm də görürsünüz. Mən hər cümə günü yolmu Fəxri Xiyabandan salıram. Oranı gəzmək, ölənlərə rəhmət diləmək, sonda Ulu Öndərin məzarı önünə gül qoyub, təzim etmək mənim üçün adət olub. Çünki çörək itirmək heç də kişilikdən deyil... Ötən cümə günlərinin birində adəti üzrə eyniylə getdiyim yoldan yenə keçdim və Ulu Öndərin heykəli önündə dayandım. Gül qoymadım. Sadəcə dayandım. Bir az aralıda isə əyninə boz bir kostyum geyinmiş, xal-xal qalstukunu boğazına sıxıb dayanmış tanımadığım birisi də vardı. Yanında da 7-8 yaşlı bir uşaq. Kişi pıçıldayırdı, uşaq isə sinəsini qabağa verib, asta-asta deyirdi:

- Səni devirəcəyik. Atamın  İmam dostunu, Fətullahı gətirəcəyik.

- Ədə sus, köpək oğlu. – kişi əlini uşağın ağzına apardı və sonra bir gözqırpımında gözdən itdi, qaçıb getdi. Mən onu dəmir qapıdan çıxan gördüm. Tələm-tələsik yolu keçib, gözdən itdi...

Xoca Fətullah Gülənin adamlarını Fəxri Xiyabanda, qəbrlər arasında gəzib-dolanan görmək mənim üçün qəribə gəlirdi. Sonradan öyrəndim ki, Fəxri Xiyaban Xoca Fətullah Gülən Camaatının görüş yerlərindən birinə çevrilib. Mənə elə gəlir ki, Siz ləyaqətinizə, abrınıza, və qürurunuza sığınıb bu adamlardan, bu adamlara söz deməkdən həya edirsiz. Amma həya etməyin. Qəzəbinizə ehtiyacımız var.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə açıq məktub:

Arxayın olun ki, Sizin Camaat Fətullah Gülən Camaatından çoxdur. Yadınızdan çıxarmayın ki, Sizə hörmət və ehtiram bəsləyənlərin sayı-hesabı yoxdur. Bəs nədən sivri qılıncı qınından çıxarmırsınız.

Cənab Prezident!

Mənim atam ustad yazıçı, mənə az müddət dərs demiş Mir Cəlal Paşayevlə eyni şəhərdən (Ərdəbil), eyni kənddəndirlər. Onlar bir məktəbdə təhsil alıb, bir yerdə də qalıblar və s. Amma mən bununla elə də fəxr etməmişəm. Mən Ulu Öndərlə fəxr etmişəm. Həmişə edəcəm də.

Qəlbimə dəyən bu idi ki, ABŞ MKİ-nə sığınmış yaramaz Fətullah Gülən Türk mətbuatında vaxtilə bir neçə yazıçını, o cümlədən hörmət və ehtiram sahibi Mir Cəlal Paşayevi təhqir etmişdi. Mən bununla heç vaxt barışa bilmərəm. Ona “Allahsız” demişdi. Məhz bundan sonra Mir Cəlalın iki hekayəsi Türk mətbuatına yasaq edildi. Bunu möhtərəm Ərdoğan əfəndimiz də bilir. Çünki o, həmin vaxt Gülənlə qardaşlıq edirdi...

Ətrafınızı bürüyən, lap süfrənizədək gedib çıxan daha qəddar, daha amansız Camaatdır. Sizdə olan ləyaqət və vicdan, millət sevgisi, övlad və ailə məhəbbəti onlarda yoxdur. Nazirliklərdə, agentliklərdə, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemlərində, ordu quruculuğunda, mətbuat və digər KİV-lərdə kök salmış vətənsizləri anlaya bilmirəm. Ulu Öndər sağ olsaydı Müstəqil Azərbaycanı didib-dağıtmaq üçün dəridən-qabıqdan çıxan bu Xoca Fətullahın övladlarına qəzəblənərdi: Siz kimsiniz?.. Və sizi bu diyara kimlər göndərdi? O, dayanmazdı. Qırardı, çatardı bu əbləh sürüsünü...

Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını yer üzündən silib, süpürmək həvəsində olan Gülən Camaatını... elmdə, təhsildə övladlarımızı zombiləşdirən, onların beyinlərini yuyan, ən müqəddəs anlayışları öldürüb, məhv edən Xoca Fətullahın “Təhsil Konsepsiyası” 1990-cı ildən ABŞ MKİ-də hazırlanıb. Baxın həmin təhsil konsepsiyasını hazırlayan generallardan biri olan Stiven Ouen görün nə yazır:

- “Başqa məqsədlərdən fərqli olaraq biz Azərbaycanda investisiyaları beyinlərə qoyuruq. Bu proqramdır. Və beyinlərə qoyduğumuz investisiyalara uyğun da təhsil proqramları tərtib edilir. Biz bu gün onun fəaliyyətilə Azərbaycan uşaqlarının ağıl və düşüncəsinə, beyinlərə artıq hökümranıq. Əslində xarici ölkələrdə təhsil alan Azərbaycanlıların hər biri Xoca Fətullah Gülənin siyahısında dayanıb. Xoca onların maliyyə dəstəyində həmişə yardımçı olaraq qalır... Atalarını isə istənilən vəzifələrə təyin etdirir. Xoca Fətullah MKİ-nin “Daül-səlam” layihəsini Azərbaycanda layiqincə icra edir. Təhsildən sonra Azərbaycana qayıdan hər bir gənc Xoca Fətullah Gülənin konsepsiyasının icraçısına çevrilir. Bu bizim üçün pozulmaz qanundur...”

Neçə gün bundan qabaq ölkənin Müdafiə Nazirliyinə (MN) çağırılmışdım. Türk mətbuatında, dərc olunmuş Fətullah Gülənlə bağlı foto-şəkillərdə görünən Azərbaycan generallarına tamaşa etmək istədim. Ora gedərkən Türk mətbuatında çapa hazırlanmış Fətullah Gülən və Azərbaycan Ordu quruculuğu... onun general və zabitləriylə bağlı xeyli müəllif yazısını da özümlə birgə götürdüm. Bu fikrimcə böyük bir addım idi, ölkənin MN-yi üçün... Onu bacardım. Ətrafıma yığılmış və məni dövrələyən generallara baxdıqca baxdım. Sanki məni Fətullah Gülənin yetişdirdiyi və hər an hər dəqiqə simasını dəyişən, Ərdoğanın məhv etdiyi generalar... zabitlər dövrələmişdi. Düşüncələrim məni rahat buraxmırdı. Məsələn, Türkiyədə Fətullah Gülənçilərin Paralel Respublikası qurulsaydı... görən bizdə nə baş verərdi? Ərdoğanın ətrafını dovrələmiş generalların planlarında daha nələr vardı? Mən bu generalların heç birinin gözlərində, simalarında Azərbaycan sevgisi, Azərbaycan məhəbbəti, Prezident sevgisi, Ali Baş Komandana olan hörmət və ehtiram... Ulu Öndər irsinə saxavət görmədim. Daş kimi soyuq gözlər və baxışlar mənə daha nələri xatirlamadı. Bu gün də hiss edirəm ki, kimlərinsə (istər okeanın o tayından olsun, istər bu tayından) Azərbaycan xalqına, millətinə və şəxsən sizə olan və sizə yönəlmiş yırtıcı baxışları hələ soyumayıb, səngiməyib. İmkan olan kimi bu baxışlar yenidən diriləcək, yenidən yırtıcı baxışları kimi qana susayacaq.

Cənab Prezident!

Xarici mətbuat səhifələrinə verdiyi müsahibələrdə və Türkiyənin MİT-nın istintaq sənədlərində qeyd olunur ki, Xoca Fətullah Gülənin hətta Azərbaycanın uşaq bağçalarında onun gələcək davamçıları yetişməkdədir. O, yazır: “...Mən fəxr edirəm ki, Azərbaycanın məktəblərində və uşaq bağçalarında mənim – İmam Fətullah Gülənin davamçıları meydana çıxır... Gələcək inqilabın yeni davamçısına eşq olsun...”

Qəribə və təzadlı bir mühitdə yaşayırıq. Fikir verdinizmi, Heydər Əliyevin, Mğhtəşəm Ulu Öndərin yox, məhz bədnam, MKİ-nin nökərinə çevrilmiş Fətullah Gülənin davamçıları...

Fətullah Gülənin Azərbaycanda “Nigah diplomatiyası” çox uğurla həyata keçirilir. Bu “Nigah diplomatiyası”yla minlərlə ailə dağılıb viran olub.

Rəvac verin sıradan çıxmış Ölüm Hökmü yenidən sıralarımıza qayıtsın. Çünki müvəqqəti yoxsulluq və çətinlik insanları sərvətiylə, haram tikəsiylə meydan sulayan... ləyaqətsizlik heykəli Fətullah Gülənin pul kisəsinə tərəf döndərə bilər. Satqın Gülənçilər də elə buna arxayın düşüblər. Amma unudurlar ki, aclıqla, yaltaqlıqla, kimlərəsə yarınmaqla, satqınlıqla, şantaj və böhtanla... yoxsulluqla Sizə qalib gəlmək mümkün deyil. Çünki Siz Ulu Öndərin əyilməz və qüdrətli övladısınız.

Araşdırmalarımıza görə Azərbaycanın hər yerində Gülən Camaatının qurduqları, lakin hələlik fəaliyyətsiz dayanmış (zahirən) Paralel Respublikanın bazası var.

Düşünürəm. Azərbaycan Xarici İşlər Nazirliyi hansı səbəb və məqsədlərə görə yüzlərlə insana qeyri-qanuni Diplomat Pasportu verib? Nə üçün? Vətəndən qaçmaq üçündürsə, o mümkün olmayacaq. Bundan arxayın olun.

Fətullah Gülənçilər indi yeni proqramlarla ölkənin strateji mərkəzlərində görünməkdədirlər. Sizin bağladığınız Gülən məktəblərinin təbliğatçılar qrupu formalaşıb. Ölkənin strateji mərkəzlərində gecə-gündüz o məktəbləri təbliğ edirlər.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə açıq məktub:

Türk mətbuatı Azərbaycanı Fətullah Gülənin məxvi proqram və layihələri əsasında təhqir olunan, işlərindən qovulan... alim və tədqiqatçılardan xüsusi səhifələr dərc edirlər. Ən çox adı hörmət və  ehtiramla çəkilən, Gəncənin şərəfli, yüksək əxlaqa malik, savadlı və xüsusi istedad sahibi... Ulu Öndər siyasətinin təbliğatçısı, Aqrar Dövlət Universitetinin ləyaqətli alimi Vahid Tofiq oğlu Əmrahov haqqında Türkiyəli iqtisadçı alimlər söz açırlar. Tanınmış Türk iqtisadçı alimi Mehmet Kamal əfəndi yazır ki, Vahid müəllim Gəncənin Aqrar Univesitetində Fətullah Gülənçilər tərəfindən ağır mənəvi zərbələr alıb. Xoca Fətullah Pensilvaniyadan xüsusi 1.5 milyon dollar mükafat ayırıb ki, Azərbaycanın Vahid Əmirov kimi iqtisadçı alimləri vurulub sıradan çıxarılsın. Halbuki Türkiyə iqtisadçı alimlərinin fikrincə indiki durumda, ümumiyyətlə Azərbaycanın iqtisadi inkişafında Vahid Tofiq oğlu Əmirovun “Aqrar bazarda dövlətin struktur siyasətinin iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda işləyib hazırladığı elmi iş çox mükəmməl və ciddi bir iş olaraq qalır. Amma Gəncə Aqrar Dövlət Universitetində Fətullah Gülən Camaatının çox qəribə bir hörümçək toru var. Tora düşən cavanlar burda nəfəs ala bilmədiklərindən şəhəri tərk edib, gedirlər. Aqrar Universitet Fətullah Gülən tərəfindən deyəsən, artıq işğal olunub. Orada Paralel Respublikanın qurucuları rahat nəfəs alır.

Gəncənin çox nüfuzlu, xalq arasında hörmət və ehtirama layiq İcra Başçısı var. Amma görünür Xoca Fətullahın terrorçu dəstəsi... onu da aldada bilir. Biz artıq gözümüzün yaşını silməkdən ötrü gəzdirdiyimiz dəsmalı da itirmişik. Gözümüzün yaşını indi özgələr silir... Bu cinayət deyilmi Azərbaycanda?..

Şübhəsiz cinayətdi, Mehmet əfəndi. Amma nə etmək ki, Aqrar Universitetin divarları hələ də Fətulla Gülən Camaatının nəfəsiylə qızınır. Bu adamlar oradan nə vaxt çıxıb gedəcəklər? Həmçinin Gəncədəki Texnologiya Universiteti də eyni faciəni yaşayır. Azərbaycanda bağlanmış Gülən məktəblərinin müəllimləri məhz bu elm mərkəzlərinə soxulublar. Bu barədə sözümüz hələ çox olacaq...

Cənab Prezident!

 

Xəzər TV yəqin ki, çox yüngül şəkildə deyə bilərdi: “Sabahın xeyir Azərbaycan, Sabahın xeyir Vətən... ” və s. Bir az öncə gördük ki, ATV ilə ANS TV meydana girib vuruşdu. Ləyaqətsizliyədək gedib çıxdılar. Amma nə üçün?.. Vuruşmağa səbəb nə idi?.. Görünür ayrılan sərvət düzgün bölünmürdü... Nə isə.

Cənab Prezident! Bu gün Azərbaycanın Təhlükəsizlik Sistemi elə də güclü deyil. Səriştəli, savadlı və güclü informasiya tutumlu kadrlar... azlıq təşkil edir. Düşünürəm. Azərbaycanın Ulu Öndər tərəfindən qurulmuş dəmir iradəli çekistlər məktəbi daha yoxdur. MTN dünyada “bandit yuvası” kimi təbliğ olundu. Əslində belə deyildi. Çünki Azərbaycanda istənilən quruma toxunsanız ondan betər faktların şahidi olarsınız...

MTN-nin dağıdılması, MN-nin gücsüz bir quruma çevrilməsi Fətullah Gülənçilər üçün çox vacib idi. Bununla bağlı çox ciddi arqumentlərimiz var...

Çox zaman Sizi çaşdırırlar. Fətullah Gülənçilərin Sizin sərəncamınızla orden və medallar, rütbələr alaraq, fəxri adlar sahibi olaraq, irəli çəkilmələri adiləşib. Sizi dövrələyən Gülənçilər daha eybəcər və daha qorxuludurlar. Əgər təhlil etsəniz görərsiniz ki, Azərbaycanın bugünkü bütün çirkinlikləri onların adı ilə bağlıdır. Kənardan hər şey açıq-aşkar görünür. Verin. Lap marşal rütbəsi verin, bütün parlamenti xalq artisti elan edin, iqtisadçılarınıza maaşından on dəfə artıq əmək haqqı verin,.. amma onlara sərhəd qapılarını nişan verib, deyin: “Çıxın, Çıxın Azərbaycandan. Çıxın Heydər Əliyevin vətənindən, çıxın gedin...”

Cənab Prezident!

 

Fətullah Gülən Camaatı təkcə sizin qəniminiz deyil, bu Camaat həm bizim, həm də Əliyevlərin, orada böyüyən övladların, uşaqların qənimi olaraq qalır. Min cildə girərək, ailələrini vəzifədən, rütbədən, sərvətdən ötrü girov qoyan bu Gülən Camaatından imtina edin... Amma Siz nə edirsiniz?.. Onlara müxtəlif yerlərdə hələ də qol-qanad verirsiz. Mən artıq Paralel Respublikanın görüntülərini görürəm.. Amma hələlik ittiham aktını oxumaq olmur”.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024