Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-12-2016, 18:14)
Dollarla mal satan “ABC Telekom” məhkəmədə uduzdu

ekrem

Məhkəmə vətəndaşın xeyrinə qərar çıxardı

Mediatv.az:   Nisyə mal satan “ABC Telekom” MMC ilə vətəndaş arasındakı məhkəmə çəkişməsi ikincinin xeyrinə həll olunub.

Bu barədə məlumatı hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində paylaşıb.

Hüquqşünasın paylaşdığı məhkəmə qətnaməsindən bəlli olur ki, Arzu Məmməd qızı Quliyeva 7 fevral 2015-ci il tarixdə “ABC Telekom” mağazasından 6 ay müddətinə 949 manata nisyə televizor alıb. “ABC Telekom” müqavilədə qiyməti dollara bağlayaraq, 1209,79 dollar kimi göstərib. Vətəndaş borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib və manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dolların, habelə 360 manat dəbbə pulunun da ödənilməsini tələb edib. Arzu Quliyeva pulu ödəməkdən imtina edib.

Nəticədə mağaza öz xeyrinə məhkəmə əmrinin qəbul edilməsinə nail olub.

Ə.Həsənov bildirir ki, antikollektorun köməyi ilə vətəndaş əmrin ləğv edilməsinə, sonra isə öz xeyrinə qətnamənin qəbul edilməsinə nail olub:

“Belə ki, Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun 10 noyabr 2016-cı il tarixli Qətnaməsində dollarla satış Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən qanunsuz hesab edilib. Qətnamədə göstərilir ki, vətəndaşın borcu 949 manat olsa da, o, artıq 1025 manat ödəyib. Yəni vətəndaş dükana deyil, dükan vətəndaşa borcludur”.

“Beləliklə, dəfələrlə dediyimiz təsdiqini tapdı: kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz. Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin! Önəmlisi həm də odur ki, bu işdə Antikollektor vətəndaşı təmsil etməyib, sadəcə müvafiq sənədlərin hazırlanmasında kömək edib və təlimatlandırıb. Vətəndaş da özü işi udub! Banklara qarş işlərdə də vətəndaşlar belə fəal olsalar, mütləq güzəştə gedəcəklər. Çünki çoxlu sayda və uzunmüddətli məhkəmə işlərinin aparılmasına qadir deyillər. Onları sadəcə çərlətmək lazımdır” – deyə hüquqşünas bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024