Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-12-2016, 11:29)
“14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir” – ÜST

iiv

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 faizi, yəni 14 milyon nəfər bu virusun daşıyıcısı olduğundan xəbərsizdir.
Mediatv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Məlumata görə, buna səbəb həmin insanların virusla bağlı yoxlanışlarından keçməməsidir.
Təşkilatın hesabatında qeyd olunub ki, İİV-ə yoluxan insanların aşkar edilməsi və onların müayinəyə cəlb olunmasında gecikmələr olur: “Hazırda dünyada 37 milyon insan İİV infeksiyasına yoluxub. Onlardan 18 milyonu virusa qarşı müalicə olunur. Lakin Şərqi Avropa, Şərqi Aralıq Dənizi regionu ilə Qərbi və Mərkəzi Afrikada bu xəstəliyə qarşı müayinələrin aparılması səviyyəsi aşağıdır”.
ÜST-ün hesabatında o da bildirilib ki, ötən il dünyada 1,1 milyon insan İİV-ə görə həyatını itirib, 2 milyon insanda isə yeni yoluxma faktı aşkarlanıb.
Qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024