Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-11-2016, 16:42)
Bakı metrosunda maliyyə yeyintisi aşkarlandı

2017-ci ildə Bakı Metropoliteni qənaətə keçməlidir.

Mediatv.az  Fins.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

Bakı şəhərinin ictimai nəqliyyatında metropolitenin rolunu, onun sosial əhəmiyyətini və bu sahədə tariflərin tənzimlənməsinin vacibliyini nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0 faiz az olmaqla 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi "Bakı Metropoliteni"nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bəzi ekspertlər metropolitenə ayrılacaq subsidiyaların azaldılması ilə əlaqədar olaraq metroda gediş haqqının (hazırda 20 qəpikdir) artırılacağını bildirirlər. Metropoliten bununla bağlı rəsmi açıqlamada qiymət artımının gözlənilmədiyini bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024