Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2016, 23:14)
“Paket” alanları hansı məsuliyyət gözləməlidir?

korrupsiya-sekilƏləsgər Məmmədli: “Nazirlikdə “paketi” alan şəxslərin birmənalı olaraq vergidən yayınma cinayəti var”

Mediatv.az:  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər vəzifəli şəxslərinin cinayət işi üzrə maraqlı məqamlar ortaya çıxmaqdadır. Ən əsas məqam isə odur ki, nazir müavini səviyyəsində etiraf olunur ki, dövlətin müəyyən etdiyi əmək haqqı ilə yanaşı tutduğu postdan asılı olaraq nazirlikdə çalışanlara “paket”də əlavı vəsair verilirmiş. Bu məbləğlər isə nə az, nə çox 50 min manat səviyyəsinə qədər çatırmış.

Bəs, qanunvericilik yol verilən bu cinayyətə görə hansı məsuliyyəti nəzərdə tutur? Burada mənbəyi bilinməyən,  qanunsuz yolla əldə edilən vəsaiti götürməklə dövlət məmurları hansı  məsuliyyətin altına giriblər? Eyni zamanda əldə olunan bu vəsait rəsmi şəkildə heç yerdə qeyd olunmadığına görə vergidən də yayındırılıb.

elesger-memmedli

Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, ortaya çıxan faktlar idarəetmə probleminin təzahüridir. Çünki normalda əgər vətəndaşı yüksək əmək haqqı ilə işdə çalışdırmaq mümkündürsə, nəyə görə bunu rəsmi şəkildə etməyiblər: “Bu “paket” kimi verilən vəsaitin mənbəyi hardandır, bu maliyyə necə formalaşır? Bu istiqamətdə sual işarəsi yaranır. Təbii ki, ağıla ilk gələndə korrupsiyadır. Qeyri-qanuni yol ilə, bu və ya digər formada yığılan, ya da büdcədən gizlədilən vəsaitlər nəticə etibarı ilə bir yerə yığılır və oradan bölüçdürülür. Bu vəsaitin bir hissəsi idarəçilərə “paket” formasında təqdim olunur. Burada bütün proses təbii ki, hüquqa ziddir. İlk növbədə böyük bir vəsaitin büdcədən, vergidən yayındığı məlum olur. Çünki qanunvericiliyə görə aylıq yüksək əmək haqqından, 35 min, 50 min manatdan 35 faiz büdcəyə getməli idi. Deməli “paketi” alan şəxslərin birmənalı olaraq vergidən yayınma cinayəti var. QHT-lərə qarşı cinayət işi açan Vergilər Nazirliyinin müvafiq strukturları və prokurorluq gərək bu məsələni gündəmə gətirsin ki, bu paketlərdən nə qədər vergidən yayınma olub. İkincisi bu “idarəetmə sistemini” qanunsuz, Konstitusiyaya zidd şəkildə kim formalaşdırıb. Biz vəsaitlərin yerdə qalan hissəsinin hara xərcləndiyi məlum deyil. Bu vəsait terrorizmin maliyəlləşdirilməsinə də xərclənə bilər. Bunlar hamısı araşdırılmalıdır. Ciddi korrupsiya pozuntusuna kim yol veribsə məsuliyyətə cəlb olunmalıdır”.(Azadliq.info)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024