Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-11-2016, 17:16)
Eldar Mahmudovun oğlunun şərikinə 1 milyonluq jest edən məmur… – Sensasion faktlar

rabite-1

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işləri üzrə araşdırmalar zamanı yeni detallar ortaya çıxıb.

Mediatv.az:  Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilən prosesə təqsirləndirilən şəxs qismində cəlb olunan Cəlil Cəfərovun istintaq zamanı 1 milyon manat ödədiyi məlum olub.

C.Cəfərov uzun müddət nazirlikdə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru olub. Həbs olunmadan bir neçə ay öncə isə bu mərkəz "AzİnTelekom” MMC-yə çevrilib və C.Cəfərov baş direktor olub.

İttihama görə, C.Cəfərov nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla əlbir olaraq Nazirliyə məxsus beynəlxalq və yerli məktubların daha aşağı qiymətlərlə daşınması mümkün olduğu halda, faktiki olaraq Vidadi Zeynalova məxsus "P.L.Z.” MMC ilə müqavilə imzalamaqla və Azərbaycan Respublikasına daxil olan və çıxan beynəlxalq telefon trafiki üzrə digər mobil operatorların daha sərfəli qiymətlər təklif etmələrinə baxmayaraq, "Cartburg NC” şirkəti ilə ("Cartburg NC” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şərikidir) güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə dövlətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilir.

C.Cəfərov bu işlərdən 1 milyon 50 min manat mənimsəməkdə təqsirləndirilir. Cinayət işinin materiallarından bəlli olur ki, istintaq zamanı Cəlil Cəfərovun evindən və iş yerindən 330.000 ABŞ dolları və 87.000 manat götürülüb.

Həmin vəsait 11 avqust 2016-cı il tarixə olan məzənnə ilə hesablanaraq, cəmi 617 min 46 manat məbləğində qəbul edilib. C.Cəfərovun qardaşı Xəlil Cəfərov isə əlavə olaraq "AzInTelecom” MMC-nin hesabına 432 min 954 manat ödəniş edib.Bununla da cinayətkar dəstənin üzvü Cəlil Cəfərova verilən cəmi 1 milyon 50 min manat tam şəkildə ödənilib.

Qeyd edək ki, Cəlil Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci(mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir.

Qafqazinfo

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024