Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-11-2016, 20:13)
“O direktor zorlamaya görə 4 il türmədə yatıb” - Qızın atasından ŞOK İDDİA

 

ceyhun

Mediatv.az xəbər verir ki, Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli tərəfindən seksual hərəkətlərə məruz qaldığı deyilən 11-ci sinif şagirdinin atası Rəmzi Abduləliyev Lent.az-a danışıb.

Rəmzi Abduləliyevin dediyinə görə, Şahhüseynlidə onlar həmin şəxsin nəinki direktor, hətta sıravi müəllim kimi işləməyinin əleyhinə olublar: “Çünki adamın müəllimlik kimi şərəfli peşəyə heç bir aidiyyəti yoxdu. Bütün kənd bilir ki, – bunu Şahhüseynlidə hamı təsdiqləyər – o şəxs zorlamaya görə 4 il həbsdə olub. Volqoqradda belə bir hərəkət etmişdi, cəzasını çəkib kəndə gəldi. Sonra da hansısa yolla müəllim düzəldi”.

Rəmzinin dediyinə görə, qayınanası ağır xəstədir və həyat yoldaşı da ona dəyməyə gedibmiş. Qayıdanda görüb ki, qız evdə yoxdur. Elə bu an qızın səsinə evdən çıxıb: “Gedib görüb ki, darvazanın ağzında Ceyhun qızımı qucaqlayır, paltarlarını cırmağa çalışır. Özü də içkili imiş. Anası gücü çatdığı qədər onu vurub. Ceyhun qaçıb. Qaçanda ayaqqabısının bir tayı və telefonu da düşüb qalıb. Ceyhun qızı kitab adıyla bayıra çıxarıbmış. Qızım hazırlığa gedir, zəng edib ki, gəl, sənə kitab və hədiyyə gətirmişəm. Qızım da inanıb, gedib”.

Hazırda işin rayon prokurorluğunda olduğunu deyən Rəmzi Abdulaliyev bir məqamdan narahatdır. O, ekspertizanın Zərdabda aparılmasının tərəfdarıdır: “Zərdabın eksperti elə adamdır ki, nə təklif etsələr də, düzgün nəticə çıxaracaq. Mənə elə gəlir ki, bu işi uzatmaq üçün belə edirlər. İşi niyə Ucara göndərirlər bilmirəm”.

Abduləliyevin dediyinə görə, qızı məktəbin ən yaxşı oxuyan şagirdlərindəndir və ali təhsil almaq istəyir: “Rayonun bütün tədbirlərində iştirak edir. Məktəb direktorları, icra başçısı da onu tanıyır, birgə fotoları var. Özüm hər gün rayona hazırlığa aparıb gətirirəm. Bu gün də ad günüdür, baxın başımıza nə gəldi”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024