Cəmiyyət / Slayd (24-10-2016, 09:13)
Sabiq təhlükəsizlik nazirini qoruyan kim(lər)dir?
Eldar Mahmudovun işdən azad edilməsi ilə Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlamış “17 oktyabr inqilabı” yenidən medianın bir nömrəli mövzusuna çevrilib.
Mediatv.az xəbər verir ki, buna səbəb isə bu strukturda “təmizləmə” və həbslərin gözlənildiyi kimi tam şəkildə aparılmamasıdır. Ötən 1 il ərzində “MTN çetesi”nin üzvlərinin bir çoxu, ən başlıcası isə Eldar Mahmudovun istintaqdan kənarda qalması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu günlərdə isə mətbuatda E.Mahmudovun mağazalarının işə başlaması haqda xəbərlər yayılıb.
Bakipost.az yazıb ki, E.Mahmudov "dondurulan" işlərini artıq qaydaya salıb, MTN ətrafında baş verən gərginlik vaxtı fəaliyyəti dayandırılan obyektlərinin açılışını edib. Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var. Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da xəbərlər yayılmışdı.
Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb. Məlumata görə, bu şərab evləriylə yanaşı, Mahmudovun digər obyektlərində də işlərə start verilib.Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra bir neçə dəfə onun həbs xəbəri yayılıb. Lakin bu xəbərlərin heç biri təsdiqini tapmayıb. Onun “MTN işi”ndən kənar qalmasının sirri aydın deyil.
Bu xüsusda Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a müsahibəsində maraqlı fikirlər səsləndirmişdi. Deputat E. Mahmudovun milli təhlükəsizlik naziri olaraq rəhbərlik etdiyi qurumda baş verən cinayətlərdən xəbərsiz qalmasının mümkünsüz olduğunu qeyd etmişdi.
Deputatın anlatdıqlarından sitat: “Hazırda prokurorluq və məhkəmə orqanlarındakı işlərdən bəziləri mediaya çıxır və bir daha əksər məsələlərdə Eldar Mahmudovun qara silueti, hissiyatsız və donuq kölgəsi üzə çıxır. Başqa şəxslərin məsuliyyəti bir qurumun rəhbərindən gələn repressiv və total soyğunçuluq əməllərini pərdələyə bilməz. İnkivizitorun baş cəlladı rolunda Akif Çovdarovun qorxunc və amansız obrazı qabarsa da Mahmudovun tamahkar nəfəsi hər addımda duyulub. Cinayət Məcəlləsinin onlarla maddəsinə uyğun hərəkət edən adamların qurbanları sırasında hər kəs olub”.
Deputat “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni, ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar. Azərbaycanın təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir".
Z.Oruc E.Mahmudovun istintaqdan kənarda saxlanılmasının ölkədən çıxarılan milyardların geri qaytarılması üçün görülən işlərlə bağlı olması ehtimalını da bölüşmüşdü: “Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur”.
Bununla belə Z.Oruc Eldar Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmamasının insanlarda xəyal qırıqlığı yaradacağını da dilə gətirmişdi: “Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz”.
Qeyd edək ki, MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024