Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-10-2016, 22:12)
“BAKINI BU GÜNƏ SALAN “AZƏRSU”dur” – Deputat

azersu araz

Bakıda güclü yağışın yağması şəhərdə həyatı iflic edib.

Mediatv.az:  Yolların çayı xatırlatmağı azmış kimi, şəhərin bir çox hissəsinə qazın verilişi də dayandırılıb. “Azəriqaz”dan isə bildiriblər ki, bu xəbər yalandır.

Bakı rayon icra hakimiyətləri isə yağışın fəsadları ilə əlaqədar bildiriblər ki, heç bir problem yoxdur.

Şəhərin hazırkı durumu ilə bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a açıqlama verib:

“Bakını su basdığına görə nə şəhər icra hakimiyyəti, nə də rayon icra hakimiyyətləri məsuliyyət daşımır. Bütün su və kanalizasiya məsələləri hamısı birbaşa “Azərsu”ya tabedir.

Şəhərdəki kanalizasiyalar yağışın öhdəsindən gəlmirsə, bu, “Azərsu”nun günahıdır. Bakının bu gündə olmasının günahı “Azərsu”dur. Bakının kanalizasiyasının düzəlməsi üçün yüz milyonlarla pul xərclənib, ancaq hər dəfə yağış yağanda Bakı batır. Bundan nəticə çıxarmaq lazımdır, dövlətin ayırdığı vəsait hara gedib?

Milli Məclisdə bununla bağlı heç bir məsələ qaldırmaq fikrim yoxdur, bunu 2005-ci ildə bir dəfə qaldırmışam, ancaq heç bir nəticə vermədi. Ona görə Milli Məclisdə yenidən məsələ qaldırmaq mənasızdır”.

Qeyd edək ki, qazın kəsilməsi və yağışın şəhəri iflic etməsi barədə sosial şəbəkələrdə çoxlu sayda foto və videolar yayımlanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024