"İndi kimlərsə fikirləşir ki, Roma Papası çox vaxt itirir. Çox uzaq bir yerdən cəmi 600-700 xristian imanlılının yaşadığı ölkəyə gedir və bunun üçün xeyli miqdarda pul xərclənir".
Mediatv.az xəbər verir ki,bu sözləri Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində çıxışı zamanı deyib.
O, Azərbaycanın çoxməzhəbli cəmiyyət olduğunu bildirib:
"Lakin bu, təkməzhəbli bir cəmiyyət deyil. Siz burada çoxlu dillərdə danışırsınız: ingiliscə, ispanca, rusca, azərbaycanca. Bəlkə də demək olar ki, bu insanlar yalnız kilsənin ətrafında yaşayırlar. Amma bu mənada Roma Papası bir az müqəddəs ruha oxşamaq istəyir. O müqəddəs ruh balaca bir Yerusəlim şəhərinə endi. O cəmiyyət bəlkə də qorxurdu, həmişə fikirləşirdi ki, biz indi kənarda qalmışıq, heç kimi bizə fikir vermir. Sadəcə, iki şey vacibdir: heç vaxt Məryəm ananı yaddan çıxarmayın, qorxmayın, irəli gedin!"