Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-09-2016, 09:15)
DSX-nin səlahiyyətinin DGK-ya verilməsi nəyi dəyişəcək?

DSX-nin səlahiyyətinin DGK-ya verilməsi nəyi dəyişəcək?

 

 

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının sərhəddə - nəzarət buraxılış məntəqələrində nəqliyyat vasitələri, yüklər və başqa əmlakın buraxılışına nəzarət etmək səlahiyyətinin ləğv edilməsi, bu funksiyanın gömrük orqanına həvalə edilməsi ciddi məsələdir. 
 
Mediatv.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında” Əsasnamədə etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə görə, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycanın dövlət sərhədindən buraxılışı sərhəd qoşunlarının nəzarət buraxılış məntəqələrindən gömrük nəzarətindən sonra həyata keçiriləcək. 
Nəzarət-buraxılış məntəqələrinin Azərbaycanın dövlət sərhədindən keçən yüklərin və başqa əmlakın deyil, yalnız şəxslərin üstündə odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək səlahiyyəti olacaq. 
Bəs bu dəyişikliklər hansı zərurətdən doğub və nə kimi müsbət dəyişikliyə səbəb olacaq?
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu dəyişiklik ikili yoxlamaların qarşısını alacaq və vaxt itkisini aradan qaldıracaq: “Əvvəlcə onu qeyd edim ki, nəzarət-buraxılış məntəqəsi birinci sərhəddir. İki dövlət arasındakı sərhədi keçəndən sonra istər nəqliyyat vasitələri, istərsə də şəxslər yoxlanılırdı. Bundan sonra əgər şəxsin avtomobilində gömrüyə bəyan ediləcək mal və məhsullar varsa, onu yenidən gömrük yoxlamağa başlayırdı. Burada əsas məqsəd ikili yoxlamanın qarşısının alınmasıdır. Birincisi vaxta qənaət etmək, ikincisi isə təkrar yoxlamanın qarşısını almaqdır”. 
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a danışarkən bunu Dövlət Gömrük Komitəsinin nəzarət imkanlarının genişləndirilməsi kimi qiymətləndirib: “Bu qərarın son aylarda Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan bəzi rəqəmlərə və iradlara əsaslanaraq verildiyini demək olar. Son dövrlərdə Dövlət Gömrük Komitəsi qaçaqmalçılığın artması ilə bağlı dəfələrlə bəyanat vermişdi. Düşünürəm ki, bu funksiyanın DGK-ya verilməsi də məhz avtomobil yolu ilə qaçaqmalçılığın, ölkəyə ərzaq məhsullarının gətirilməsinin qarşısının alınması üçün atılmış bir addımdır. Əsas hədəf də qonşu ölkələrdən gətirilən həmin məhsulları daxili bazarda sataraq pul qazanan insanlara məhdudiyyət qoyulmasıdır. Bunun adını daxili bazarın qorunması da qoya bilərlər. Ancaq sərhədyanı ticarət dünyanın hər yerində daha sərbəst və azaddır. Lakin çox təəssüf ki, Azərbaycanda bu sahədə də ciddi məhdudiyyətlər yaradılır. 
Bu, yalnız bir müsbət dəyişiklik yarada bilər ki, Dövlət Sərhəd Xidməti avtomobillərlə məşğul olmadığına görə daha sürətli keçidi təmin edəcək.  Amma gömrük orqanları da hər maşını ciddi şəkildə axtaracaq deyə, gömrükdə avtomobil karvanlarının uzun növbələri yarana bilər".
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025